Icma.az
close
up
RU
Almaniya Vergi Direktoratlığı ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub AZƏRTAC

Almaniya Vergi Direktoratlığı ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığının rəisi Nils Vayt ilə videoformatda görüş keçirib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də IOTA çərçivəsində administrasiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, həmçinin vergi sahəsindəki təcrübələrin qarşılıqlı mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin və investisiyaların təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq beynəlxalq vergi fırıldaqçılığı ilə mübarizədə və vergidən yayınma hallarının qarşısının alınmasını daha səmərəli həll etməkdə administrasiyaların potensialını əhəmiyyətli dərəcədə artırır. Belə bir tərəfdaşlıq qlobal dəyişikliklərə cavab verə bilən davamlı və uyğunlaşa bilən sistemlərin inkişafına kömək edəcək, eyni zamanda, hər iki ölkədə biznes üçün dəstəkləyici mühit yaradacaq.

Azərbaycan tərəfi, həmçinin Almaniyanın müxtəlif sektorlar üzrə vergi güzəştləri, xüsusilə innovasiyalara dəstək, vergi kreditləri, rəqəmsallaşmaya subsidiyalar və startaplar üçün güzəştlər, ekoloji vergi və vergitutma sahəsində digər təcrübələrini araşdırmaqda maraqlıdır.

Bildirilib ki, 2024-2025-ci illər üçün IOTA-ya sədrlik edən Azərbaycan, eyni zamanda, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan hərtərəfli strateji təşəbbüslər paketini hazırlayıb və bu məsələləri alman həmkarları ilə müzakirə etmək niyyətindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri