BƏƏ ilə tərəfdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacib əhəmiyyət kəsb edir.
Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 03 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















