Icma.az
close
up
RU
Almaniya XİN: Türkiyə Yaxın Şərqdə və Qara dəniz regionunda mühüm və fəal aktordur

Almaniya XİN: Türkiyə Yaxın Şərqdə və Qara dəniz regionunda mühüm və fəal aktordur

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlin, 17 oktyabr, AZƏRTAC

Federal hökumət olaraq, Türkiyə ilə mümkün qədər sıx dialoqa böyük maraq göstəririk. Türkiyə bizim üçün həm NATO çərçivəsində, həm də G20-də önəmli strateji tərəfdaşdır. Eyni zamanda, Türkiyə Yaxın Şərqdə nüfuzlu aktordur və biz təhlükəsizlik siyasətindən miqrasiya məsələlərinə qədər geosiyasi çağırışlara birgə cavab vermək istəyirik.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Türkiyəyə səfərdən əvvəl “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

Nazir rəsmi Ankaranın Qətər və Misirlə birlikdə HƏMAS-ı ABŞ Prezidenti Trampın 20 maddəlik planına razı salmaq səylərini yüksək qiymətləndirərək deyib: “Türkiyə həm coğrafi baxımdan, həm də fəaliyyət sahəsinə görə Yaxın Şərqdə və Qara dəniz regionunda mühüm və fəal aktordur. Qəzzada baş verənlər barədə bəzən fikir ayrılıqlarımız olsa da, həm Türkiyə, həm də Almaniya diplomatik vasitələrdən istifadə edərək müharibənin başa çatdırılması və bölgə üçün daha yaxşı gələcək yaratmaq üçün çalışır. Hər iki ölkə Qəzzada əsas humanitar dəstəkçilərdir. Tramp planı əsasında atəşkəsin qorunması vacibdir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı məqsədimiz isə onun tezliklə bitməsidir. İstanbul danışıqlar üçün mühüm yerdir və Türkiyə Montrö müqaviləsi çərçivəsində Qara dənizdə böyük məsuliyyət daşıyır”.

Ölkəsinin Avropanın təhlükəsizliyi məsələsində Türkiyədən gözləntilərinə də toxunan nazir vurğulayıb: “Ümumilikdə hamımız səylərimizi gücləndirməliyik ki, Rusiya-Ukrayna müharibəsi tezliklə bitsin və Rusiyanın hərbi büdcəsi üçün gəlirlər qısaldılsın”.

Yeni hökumətin Türkiyəyə “Eurofighter” təyyarələrinin satışına razılıq verdiyini vurğulayan nazir Almaniyanın və Türkiyənin NATO-nun Avropadakı müdafiə qabiliyyətini gücləndirmək üçün böyük çağırışlarla üzləşdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Yohan Vadeful səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksəksəviyyəli rəsmilərlə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərq və Suriya məsələləri, Rusiya-Ukrayna müharibəsi, Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrin perspektivləri diqqət mərkəzində olacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri