Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Türkiyə Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir

Türkiyə Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasında formalaşan hərbi-müdafiə alyansına qoşulmaq niyyətindədir. Bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda bildirilir ki, ötən ilin sentyabrında imzalanmış razılaşma kollektiv müdafiə prinsipini nəzərdə tutur. Sənədə əsasən, alyans üzvlərindən birinə qarşı istənilən aqressiya bütün iştirakçılara hücum kimi qiymətləndirilir. Bu mexanizm NATO-nun məşhur 5-ci maddəsinə bənzər şəkildə tətbiq olunur. Ankaranın bu niyyəti Türkiyənin Qərb müttəfiqləri ilə çətin münasibətlər fonunda təhlükəsizlik tərəfdaşlıqlarını şaxələndirmək və əsas müsəlman ölkələri ilə əlaqələrini gücləndirmək üçün daha geniş strategiyasını əks etdirir.

Səudiyyə Ərəbistanı və Pakistan uzun müddətdir ki, təlim, kəşfiyyat paylaşımı və silah əməkdaşlığı da daxil olmaqla, sıx hərbi əməkdaşlıq saxlayırlar.

Türkiyənin üzvlüyü alyansa əlavə güc qatacaq

Türkiyənin potensial üzvlüyü alyansın müdafiə qabiliyyətlərini gücləndirə və ona əlavə geosiyasi təsir göstərə bilər. Məlumatlara görə, Ankaranın bu alyansa qoşulması Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasına təsir göstərəcək. Analitiklər Türkiyənin mümkün iştirakını regional və qlobal miqyasda hərbi-siyasi çəkisini artırmaq cəhdi kimi dəyərləndirirlər.

Nəzərə almaq lazımdır ki, Türkiyə  NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Digər vacib məqam odur ki, Türkiyə  son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra  da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.

Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. Layihələndirmə işlərinin başa çatdırılmasından sonra Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılıb. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.

Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi 2024-cü ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.

Bu baxımdan, Ankaranın Pakistan-Səudiyyə Ərəbistanı hərbi alyansına qoşulması Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli təsir göstərə bilər.

Şərqin “NATO”su yaranır?

Qeyd etdiyimiz kimi, Pakistanla Səudiyyə Ərəbistanı arasında ötən ilin sentyabrında imzalanmış sənəd hər hansı bir təcavüz halında qarşılıqlı müdafiəni, hərbi əməliyyatların birgə planlaşdırılmasını və müdafiə əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur. Saziş Pakistanın nüvə potensialını da əhatə edir. Saziş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığı rəsmi şəkildə təsdiqləyir, bu da Yaxın Şərqdə mövcud gərginlik fonunda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Sazişin imzalanması mərasimi Ər-Riyada baş tutub, tədbirdə Səudiyyə Ərəbistanının taxt-tac varisi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edib. Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir də tədbirdə iştirak edib və o, ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri hesab olunur.

Ekspertlər hesab edirlər ki, bu alyans regionun təhlükəsizliyinə ciddi təsir göstərə və Körfəz dövlətlərinin strateji hesablamalarını dəyişdirə bilər. Müdafiə paktının son bir neçə il ərzində müzakirə edilməsinə baxmayaraq, onun Yaxın Şərqdə gərginliyin artması fonunda imzalanması faktı qlobal miqyasda diqqətdən kənarda qalmayıb. Körfəzin ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı hesab edir ki, ABŞ-la dərin əlaqələrə baxmayaraq, İslam ölkələri ilə də hərbi əməkdaşlığı möhkəmləndirmək vacibdir. Körfəz monarxiyaları ilə çox yaxşı əlaqələri olan və döyüşlərdə sınaqdan keçmiş orduya malik Pakistan bu kontekstdə təbii tərəfdaş kimi görünür.

Bununla belə, müəyyən dairələr iki ölkə arasında bu ittifaqı NATO-ya bənzər müsəlman hərbi alyansının əsası kimi dəyərləndirir. Türkiyənin sözügedən alyansa qoşulması isə bu prosesi sürətləndirə bilər. 

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:340
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri