Almaniya yalnız bu halda Ukraynaya əsgər göndərə bilər XİN başçısından AÇIQLAMA
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Almaniya Ukraynaya əsgər göndərə bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb. O qeyd edib ki, bunun üçün Moskva və Kiyev arasında razılaşma əldə edilməlidir.
Xarici işlər nazirinin sözlərinə görə, alman əsgərləri yalnız atəşkəs rejiminə nəzarət üçün regionda yerləşdirilə bilər: “Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunarsa, alman əsgərləri də sülhü təmin etmək üçün istifadə edilə bilər".
Bundan əvvəl Fransanın BMT-dəki hərbi missiyasının keçmiş rəhbəri, general Dominik Trinkvan Ukraynanın təhlükəsizliyi üçün dondurulmuş cəbhə xəttinə Qərb ölkələrinin qoşunlarının yerləşdirilməsini təklif etmişdi. Fransız diplomatdan başqa, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da Ukraynaya avropalı hərbçilərin göndərilməsini istisna etməyib.
Vasif
Sfera.az
Baxış sayı:152
Bu xəbər 04 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















