Icma.az
close
up
RU
Almaniyada 3000 avro, Azərbaycanda 300 manat Hansı xətaya görə bu məbləğ ödənməlidir?

Almaniyada 3000 avro, Azərbaycanda 300 manat Hansı xətaya görə bu məbləğ ödənməlidir?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Dünyanın bütün sivil ölkələrində ətraf mühitin qorunması cəmiyyətin ümumi məsuliyyəti hesab olunur. Amma vətəndaşlar o məsuliyyətdən yayınanda da  ətraf mühitin çirklənməsinə görə cərimələr tətbiq olunur. Çünki ətraf mühitin çirklənməsi təkcə görüntünü pozmur, həm də insanların sağlamlığına, eləcə də böyüməkdə olan nəslin tərbiyəsinə ciddi təsir göstərir. Valideyninin, yaxud başqa tanıdıqlarının yerə tullantı, siqaret kötüyü atdığını görən uşaq bunu normal hərəkət kimi qəbul edib, təkrarlayacaq.
Bu baxımdan bir çox dövlətlər ictimai yerlərin təmiz saxlanılması üçün yüksək məbləğli cərimələr və nəzarət mexanizmləri müəyyən edib. Məsələn Almaniyada siqaret kötüyünü yerə atan şəxs 3000 avro cərimə ödəməli olur.  
Azərbaycan da bu istiqamətdə qanunvericiliyi sərtləşdirən ölkələr sırasındadır. Ötən ildən etibarən ətraf mühitin çirkləndirilməsinə görə cərimələr əhəmiyyətli dərəcədə artırılıb.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə avtomobildən zibil (və ya siqaret kötüyü) atmağa görə fiziki şəxslərə 200, hüquqi şəxslərə 4000 manata qədər cərimə nəzərdə tutulur. İctimai yerlərdə siqaret kötüyünün yerə atılmasına görə cərimə 50 manatdan 300-ə qaldırılıb. Eyni xətanın bir il ərzində təkrar törədilməsi halında fiziki şəxs üçün 700 AZN və ya 60-100 saat ictimai iş nəzərdə tutulur.
Almaniyadakı kimi 3000 avroluq cərimələrlə müqayisədə Azərbaycanda cərimələr az görünür, amma ciddi pozuntular (məsələn, müəssisələrin çirkləndirməsi, havaya tullantı qazların normadan artıq buraxılması və s.) üçün tətbiq edilən məbləğlər böyükdür.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri