Almaniyada casusluqda şübhəli bilinən sabiq deputat köməkçisinə hökm oxunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Berlin, 30 sentyabr, AZƏRTAC
Almaniyada məhkəmə sabiq deputat Maksimilian Krahnın köməkçisi işləmiş çinli Cian Q.-ni Çinin lehinə casusluqda təqsirli hesab edərək, dörd il doqquz aylıq həbs cəzasına məhkum olunması barədə hökm çıxarıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Cian Q. 2019-2024-cü illərdə Almaniya üçün Alternativ (AfD) partiyasından sabiq deputatın Avropa Parlamentindəki ofisində işləyərkən məlumat toplayaraq bəzi gizli sənədləri Çin tərəfinə ötürməkdə, AfD rəhbərliyinin şəxsi məlumatlarını toplamaqda və çinli dissidentləri izləməkdə təqsirli bilinib.
Eyni proses çərçivəsində Cian Q.-nin şübhəli tərəfdaşı Yaqi X.-yə də hökm oxunub. O, Leyptsiq hava limanında işlədiyi logistik şirkət vasitəsilə yüklər, uçuşlar və sərnişinlər barədə məlumatları ötürməkdə təqsirli bilinərək, 1 il 9 ay müddətinə şərti qaydada azadlıqdan məhrum edilib.
Maksimilian Kraha qarşı da prokurorluq tərəfindən ayrıca istintaq aparılır. O, Çinlə bağlı ödənişlər kontekstində rüşvət alma və çirkli pulların yuyulmasında şübhəli bilinir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 Sentyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















