Almaniyada qatar stansiyası yaxınlığında partlayış
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərindəki qatar stansiyasının yaxınlığında partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış ətraf küçələrdə və ictimai nəqliyyatda nasazlıqlar yaradıb. Hadisə nəticəsində iki nəfər yaralanıb və ərazidə nəqliyyatın hərəkəti pozulub.
"Augsburger Allgemeine" qəzeti partlayışın qatar stansiyasının qarşısındakı Bahnhof küçəsindəki bir bankın yanında baş verdiyini yazıb.
“Bild” qəzetində yer alan xəbərdə isə partlayışın qatar stansiyasının yaxınlığındakı bir türk zərgərlik mağazasının qarşısında baş verdiyi bildirilib. Hadisədə əl qumbarasından istifadə edildiyi vurğulanıb.
Polis qrupları partlayışdan sonra ərazidə araşdırma başladıb. Partlayışda aldıqları xəsarətlər səbəbindən 17 yaşlı qız və 18 yaşlı oğlan müalicə üçün xəstəxanaya aparılıb.
Səhər saatlarında ərazidə başqa bir şübhəli əşya tapıldıqdan sonra polis Auqsburq Dəmir Yolu Stansiyasını tamamilə bağlayıb. Əvvəllər müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərən qatar xidmətləri tamamilə dayandırılıb. Hadisə yerinə çoxsaylı polis qrupları göndərilib. Partlayıcı maddələr üzrə mütəxəssislər ərazini araşdırır.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















