Icma.az
close
up
RU
Almaniyada naməlum şəxs bıçaqla parkda uşaqlara hücum etdi Ölən var

Almaniyada naməlum şəxs bıçaqla parkda uşaqlara hücum etdi Ölən var

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada parkda uşaqlara vəhşicəsinə hücum edilib.
Sfera.az bildirir ki, Frankfurt yaxınlığındakı qədim Bavariyanın Aschaffenburq şəhərinin şəhər parkında naməlum şəxs bıçaqla uşaqlara hücum edib. Hücum edən şəxsi dayandırmağa çalışan bir uşaq və bir böyük öldürülüb. Onun özü də qaçmaq istəyərkən saxlanılıb.
 

Hücum edən şəxs uşaq bağçasından bir qrup uşağı izləyirmiş.

Polisin məlumatına görə, amansız hücum səhər saat 11.45 radələrində şəhərin Şontal Parkında baş verib.
 

Aschaffenburg uşaq bağçasının müəllimlərinin beş azyaşlı uşaqla parkda gəzdiyi bildirilir. Həmin şəxs bu qrupu izləyirmiş. Müəllimlər onu görüb uşaqlarla birlikdə çıxışa tərəf qaçıblar. Bu zaman kişi uşaqların üstünə gedib. Müəllimlərdən biri ağır yaralanıb və xəstəxanadadır, ikincisi isə əsəb böhranı keçirib.
Yerli media hücum nəticəsində 5 nəfərin yaralandığını bildirib. İki yaşlı uşaq ölüb, bir uşaq isə ağır yaralanıb. Hücumçunu dayandırmağa çalışan 41 yaşlı kişi də öldürülüb. Ölənin şəxsiyyəti və 28 yaşlı Əfqanıstan vətəndaşı olduğu bilinən hücumçunun adı açıqlanmayıb.
 

Hücum edən yaxınlıqdakı qatar stansiyasına tərəf qaçaraq qaçmağa çalışsa da, polis qatarların hərəkətini dayandıraraq onu saxlayıb. Başqa şübhəlilər yoxdur. Yalnız bir hücumçunun olduğu bildirilir.
 

Qeyd edək ki, noyabr ayında polis Aşaffenburqun mərkəzindəki Şontal parkının bir hissəsini quldurluq və hücumların da daxil olduğu narkotiklə bağlı cinayətlərin artması səbəbindən "təhlükəli yer" kimi təsnif edib.
Əraziyə polis tərəfindən ciddi nəzarət edilib və buna görə də şübhəli şəxs tez bir zamanda yaxalanıb.
 

Xatırladaq ki, Almaniyada bıçaqlı hücum hallarına daha çox rast gəlinir. Belə ki, 2024-cü ilin yayında Bavariyada bir şəxs Mannheim şəhərindəki meydanda canlı efirdə AfD partiyasının nümayəndəsinə hücum edib. Şəxs ona mane olmağa çalışan polis əməkdaşını da bıçaqlayıb. Sonradan məlum olub ki, hücum edən şəxs 9 il Almaniyada yaşayan 25 yaşlı Əfqanıstan əsilli gəncdir.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri