Almaniyada narkotik böhranı: Qeyri qanuni maddələrə qarşı siyasət nəzarətdən çıxıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın Frankfurt şəhərində fentanilin geniş yayılması səbəbindən narkotik böhranı qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniyanın "Bild" nəşri yazır.
Nəşrin məlumatına görə, qeyri-qanuni maddələrə qarşı istiqamətlənmiş yerli siyasət nəzarətdən çıxıb. Hakimiyyət orqanlarının fikrincə, şəhərdə əsl epidemiya yaşanır.
Yazıda bildirilir ki, heroindən istifadə edən şəhər sakinlərinin yarıdan çoxu fentanilə keçib. Maddənin yayılması ilə mübarizə aparmaq üçün konfransın keçirilməsi və xarici mütəxəssislərdən kömək istənilməsi planlaşdırılır.
Qeyd edək ki, fentanil sintetik opioiddir. Mütəxəssislərin sözlərinə görə, bu maddə heroindən 50 dəfə güclüdür və eyni şəkildə güclü asılılığa səbəb olur.
"Frankfurt opioid böhranının Almaniyada da başlanğıc nöqtəsi olacaqmı? Şəhərin narkotik siyasəti, görünür, tamamilə idarəetmədən çıxıb.
Bu preparatın nə dərəcədə sürətli şəkildə dövriyyəyə daxil olduğunu və fəlakətli təsir göstərdiyini ABŞ nümunəsində görmək olar. Təkcə 2024-cü ildə ABŞ-də 75 000 insan fentanil istifadəsinə görə həyatını itirib", - deyə yazıda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Mart 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















