Almaniyada növbəti etiraz aksiyaları 20 noyabra planlaşdırılır
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əvvəllər digər Avropa ölkələrində də diqqət çəkən iğtişaşlar indi Almaniyaya da çatıb. Gənclərin etirazları xüsusilə Fransada daha da şiddətlənib. Şənbə günü baş verən yeni iğtişaşlar zamanı Fransa polisi 500-dən çox insanı saxlayıb.
Məlumatı “Euronews” verib.
Bu arada, Almaniyada on minlərlə gənc 30-dan çox şəhərdə küçələrə çıxıb. Nümayişlərin əksəriyyəti dinc keçsə də, sonrakı iğtişaşlar bu etirazları kölgədə qoyub. “General Z regelt” hərəkatı zorakılıq tötətməsə də, bildirib ki, mitinqlərdən sonra baş verən hadisələrə nəzarət edə bilməyib.
Etiraz hərəkatının tezliklə bitəcəyinə dair hələlik heç bir əlamət yoxdur. Növbəti ümumavropa nümayişləri 20 noyabra planlaşdırılır. “General Z regelt” də iştirak etmək niyyətindədir.
Şənbə günü günortadan sonra “General Z regelt” (“Z Nəsli Qərar Verir”) təşəbbüsü ilə təşkil edilən gənclərin dinc etirazlarından sonra, qaranlıq çökdükdə Almaniyanın bir neçə şəhərində iğtişaşlar və polislə toqquşmalar baş verib. Frankfurt-Mayn, Köln, Hamburq və Berlində vəziyyət gərginləşib. İğtişaşçılar və talançılar pəncərələri sındırıb, mağazaları qarət edib və əmlaka ziyan vurublar. Barrikadalar yandırılıb və bir qrup iğtişaşçı silah mağazasına basqın edib. Polis dəfələrlə su şırnaqlarından istifadə edib.
Şənbə axşamı Berlində “General Z hat genug!” (Z nəsli artıq buna dözməyəcək!) şüarı altında keçirilən gənclərin nümayişi zorakılığa çevrilib. Yürüş Rosenthaler Platzdan Prenzlauer Berq rayonuna doğru başlayıb. Polisin məlumatına görə, iştirakçıların sayı 700-3500 olub. Nümayişçilər kapitalizm, İsrail və Almaniya əleyhinə şüarlar səsləndiriblər. Polisin məlumatına görə, vəziyyət lap əvvəldən gərginləşib. Əmlaka zərər vurma, bədən xəsarəti yetirmə, silah və partlayıcı maddələr haqqında qanunların pozulması da daxil olmaqla çoxsaylı qanun pozuntuları qeydə alınıb. Polisin məlumatına görə, 56 nəfər müvəqqəti olaraq saxlanılıb, 27 polis əməkdaşı yüngül xəsarət alıb. Şəhərdə əlavə 1500 polis əməkdaşı yerləşdirilib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 02 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















