Icma.az
close
up
RU
Almaniyada polis həmkarlar ittifaqı dəmir yolu stansiyalarında nəzarətin gücləndirilməsini tələb edir

Almaniyada polis həmkarlar ittifaqı dəmir yolu stansiyalarında nəzarətin gücləndirilməsini tələb edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 26 oktyabr, AZƏRTAC

Almaniyanın ən böyük polis həmkarlar ittifaqı təşkilatı (GdP) ölkə üzrə dəmir yolu stansiyalarında polis əməkdaşlarının sayının artırılmasını və onların səlahiyyətlərinin genişləndirilməsini tələb edib. Təşkilat bu addımın həm təhlükəsizliyin yüksəldilməsinə, həm də Kansler Fridrix Mertsin gündəmə gətirdiyi “şəhər mənzərəsi” problemlərinin həllinə xidmət edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, GdP-nin federal polis bölməsinin sədri Andreas Rosskopf “Tagesschau24” telekanalına müsahibəsində Almaniyada 5700-dək dəmir yolu stansiyasında cinayət hallarının ciddi şəkildə artdığını deyib. Qeyd edilib ki, təkcə 2024-cü ildə dəmir yolu stansiyalarında 27 min zorakılıq hadisəsi, 2600-dən çox seksual xarakterli cinayət, silahla bağlı 1200 hadisə və 600 bıçaq hücumu qeydə alınıb.

Onun sözlərinə görə, bir çox sərnişinlər, xüsusilə qadınlar axşam saatlarında stansiyaları “qorxu məkanı” kimi dəyərləndirirlər. O, cinayətlərin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün 4 min yeni polis işçisinin işə götürülməsini, süni intellekt dəstəkli videomüşahidə sistemlərinin tətbiqini və polisin stansiyalarda yoxlama səlahiyyəti əldə etməsi təklifini irəli sürüb.

Almaniya hökuməti tərəfindən təsdiqlənən və Bundestaqda müzakirəyə çıxarılacaq federal polislə bağlı yeni qanun layihəsinə əsasən, polis əməkdaşları silah və bıçaq qadağasının tətbiq olunduğu zonalarda, o cümlədən dəmir yolu stansiyalarında yoxlamalar aparmaq səlahiyyəti əldə edə biləcəklər.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Mertsin oktyabrın 14-də səsləndirdiyi “şəhər mənzərəsi” fikirləri ölkədə geniş müzakirələr doğurub. Kansler problemlərin əsasən qanuni statusu olmayan, işləməyən və qaydalara əməl etməyən miqrantlarla bağlı olduğunu bildirib.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt də şəhər mərkəzlərində və dəmir yolu stansiyalarında polis nəzarətinin və profilaktik tədbirlərin artırılacağını vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri