Almaniyada puma təşvişi: Sakinlərə xəbərdarlıq edildi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bavariyanın Oberdinq şəhərində polis Münhen hava limanı yaxınlığında pumanın göründüyü barədə daxil olan müraciətlərdən sonra sakinləri diqqətli olmağa çağırıb.
Oxu.Az "DW"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları yerli sakinlərə uşaqları və kiçik ev heyvanlarını çölə buraxmamağı tövsiyə edib.
Bildirilir ki, polis heyvanın bir fotosunu əldə etsə də, hələlik onu ictimaiyyətə təqdim etməyib. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, heyvan puma ola bilər.
Yerli hakimiyyət orqanları heyvanın haradan gəldiyinin hələlik məlum olmadığını bildiriblər. Ərazidə hazırda heç bir sirk fəaliyyət göstərmir. Yerli polisin hansı tədbirləri görəcəyi də hələlik məlum deyil.
Hakimiyyət orqanları heyvanın yeri və ya mənşəyi barədə məlumatı olan hər kəsi dərhal polisə xəbər verməyə çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Oktyabr 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















