Icma.az
close
up
RU
Almaniyada Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin dünya kəməri uğrunda boks yarışı keçirilib

Almaniyada Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin dünya kəməri uğrunda boks yarışı keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 19 oktyabr, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində “Stefan Schmidt Promotion” şirkətinin təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrindən peşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatı keçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya və Macarıstandan olan idmançılar peşəkar rinqdə gərgin mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, çempionatın əsas qarşılaşması Maqdeburq şəhərində təsis edilmiş Ulu Öndər Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) orta çəki dərəcəsi üzrə dünya kəməri uğrunda on raundluq döyüş olub. 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə təsadüf edən həlledici qarşılaşmada almaniyalı boksçu Yastin Şmager Macarıstan təmsilçisi Ruben Romai ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşün doqquzuncu raundunda rəqibini nokdaunla məğlub edən Almaniya boksçusu WBCA-nın orta çəki üzrə dünya çempionu adını qazanıb.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının (DBL) rəhbəri Yaşar Niftəliyev mükafatlandırma mərasimində çıxış edərək, bu nüfuzlu turnirin Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Qeyd edib ki, Almaniyada təsis olunan WBCA və DBL birgə fəaliyyət göstərərək beynəlxalq arenada Azərbaycan Bayrağını ucaldır, Dövlət Himnimizi səsləndirməklə ölkəmizin idman şərəfini layiqincə təbliğ edir. Hər iki təşkilat azərbaycanlı və xarici idmançıları bir araya gətirərək, Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi qayğının təbliği və idmançılara verdiyi tövsiyələrin yaşadılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir.

Qalib Azərbaycanı təmsil edən idmançıların Almaniyada və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış etdiklərini vurğulayan Yaşar Niftəliyev əlamətdar gün münasibətilə xalqımızı və diaspor nümayəndələrini təbrik edib, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri