Icma.az
close
up
RU
Almaniyada yeni hökumətin qurulması ilə bağlı koalisiya müqaviləsi imzalanıb

Almaniyada yeni hökumətin qurulması ilə bağlı koalisiya müqaviləsi imzalanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 5 may, AZƏRTAC

Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərinin qalibi olan Xristian Birlik blokunda yer alan partiyalar – Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) ilə Sosial Demokrat Partiyası arasında yeni hökumətin formalaşdırılması ilə bağlı koalisiya müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, “Almaniya üçün məsuliyyət” adlı 144 səhifəlik koalisiya müqaviləsini CDU-nun lideri Fridrix Merts, CSU-nun sədri Markus Söder və SPD-nun həmsədrləri Lars Klinqbayl ilə Saskia Eksen imzalayıblar. Bununla da koalision hökumətin qurulması rəsmən təsdiqlənib. Beləliklə Almaniya tarixində beşinci dəfə “qaralar” (Xristian Birlik) və “qırmızılar” (SPD) arasında beşinci koalision hökumət qurulub.

İmzalanma mərasimində Fridrix Merts bildirib ki, yeni koalisiya Almaniyanı islahatlar və investisiyalar vasitəsilə irəli aparmaq istəyir. Avropa gözləyir ki, Almaniya ortaq layihəyə yenidən güclü töhfə versin. “Mən çox əminəm ki, sabahdan etibarən ölkəmizi güclü, planlı və etibarlı şəkildə idarə edə biləcəyik”, – deyə o, qeyd edib.

Yeni hökumətdə vitse-kansler və maliyyə naziri vəzifələrini tutan SPD-nin sədri Lars Klinqbayl isə yalnız komanda ruhu ilə uğur qazanmağın mümkün olduğunu vurğulayaraq deyib ki, Almaniyaya daha az idarəçilər, daha çox imkan yaradıcılar lazımdır.

Koalisiya hökumətinin formalaşdırılması prosesi mayın 6-da Bundestaqda keçiriləcək Kansler seçkisi ilə davam edəcək. Səsvermədə CDU lideri Fridrix Mertsin Federal Kansler seçilməsi gözlənilir. Bunun üçün parlamentin 630 deputatından 316-sının səsi lazımdır. Koalisiyada yer alan partiyalar parlamentdə 328 deputat mandatına sahibdir. Seçkilərdən sonra Kansler Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmən bu vəzifəyə təyin ediləcək və parlamentdə and içəcək. Sonra yeni kabinet təsdiqlənəcək və koalisiya hökuməti həmin gün fəaliyyətə başlayacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see238

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see166

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see156

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see140

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see133

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see128

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see123

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see121

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri