Icma.az
close
up
RU
Almaniyada yoxsulluq tarixi rekord qırdı

Almaniyada yoxsulluq tarixi rekord qırdı

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Almaniyada 13.3 milyon yoxsul şəxs yaşayır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat müstəqil sosial rifah təşkilatı "Paritatische Gesamtverband"ın "Yoxsulluğun artması, təhlükəsizliyin azalması" adlı yoxsulluq hesabatında yer alıb.
Hesabatda 2024-2025-ci illərdə ölkədə yoxsulluq səviyyəsinin 0,6% bəndi artaraq 16,1%-ə yüksəldiyi və dərinləşən sosial uçurum vurğulanıb.
Hesabata görə, Avropa İttifaqı (Aİ) standartlarına əsasən “yoxsulluq riski altında” hesab edilən insanların sayı ölkə tarixində görünməmiş səviyyəyə çatıb.
"Bu vəziyyət həmin şəxslərin sosial həyatda adekvat şəkildə iştirak etmək üçün maddi imkanlarının olmaması deməkdir. Son artımla yoxsulluq səviyyəsi 2020-ci ildən bəri ən qorxulu rekordu yeniləyərək bu günə qədər ən yüksək həddə çatıb" - məlumatda deyilir.
Birliyin hesabatında vurğulanıb ki, mənzil yardımı, uşaq dəstəyi, gənclərin rifahı, inteqrasiya yardımı, təqaüdlər və tibbi sığorta üçün nəzərdə tutulan büdcə ixtisarları həssas qruplara, xüsusilə tək valideynlərə, qocalara, xəstələrə, əlillərə, qaçqınlara və gənclərə birbaşa təsir göstərəcək.
Hesabatda ən diqqət çəkən nəticələrdən biri yaşlı əhali arasında yoxsulluq səviyyəsinin artması olub. 65 və daha yuxarı yaşda olan təxminən hər beş nəfərdən biri yoxsulluq həddində yaşayır və bu yaş qrupunda ümumi yoxsulluq səviyyəsi 19,5 faizə çatır. 75 yaşdan yuxarı qadınlarda bu nisbət 21,3 faizə yüksəlir.
Yoxsulluq riski yüksək olan digər qruplar tək yaşayan fərdlər (30,3%) və tək valideynli ailələr (28,9%) olub.
Bildirilib ki, ölkədə 4,6 milyon insan ağır maddi məhrumiyyət şəraitində yaşayır və sosial uçurum artıq təkcə gəlirlə bağlı deyil, birbaşa həyat şəraitində özünü göstərir.
Ölkə daxilində dövlətlər arasında rifah fərqi də genişlənir. Yoxsulluq səviyyəsi Bavariyada 12,6%, Saksoniya-Anhaltda 21,3%, Bremendə 27,5% təşkil edir. Statistik təriflərə görə, orta gəlirin 60%-dən azını qazananlar yoxsulluq riski altında sayılırlar.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri