Almaniyada rekord temperatur
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyada davam edən isti hava dalğası fonunda növbəti temperatur rekordu qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya-Anhalt əyalətinin Yerixover Land bölgəsində yerləşən meteoroloji stansiyada havanın temperaturu 41,5 dərəcəyə çatıb.
Bununla da ötən gün Saarbrükendə ölçülən 41,3 dərəcəlik rekord yenilənib. İsti hava Avropanın digər ölkələrində də rekord göstəricilərlə müşayiət olunur.
Danimarkada 1874-cü ildən bəri ən yüksək temperatur - 37 dərəcə qeydə alınıb. İsveçrənin Bazel şəhərində temperatur 38,8, Çexiyanın Doksani şəhərində isə 40,6 dərəcəyə yüksəlib.
Baxış sayı:105
Bu xəbər 28 İyun 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















