Almaniyadakı seçkilərin qalibləri miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian-Sosial İttifaqı (XSİ) blokları ilə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) ölkənin miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə XDİ sədri Fridrix Merts “Phoenix” yutub kanalında yayımlanmış mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, tərəfdaşlar qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün hüquqi alətləri genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. Bundan başqa, XDİ/XSİ Əfqanıstan da daxil olmaqla, qaçqınların könüllü qəbulu proqramlarını dayandırmaq və polisə geniş səlahiyyətlər vermək niyyətindədir. Bununla yanaşı, bəzi miqrantların ailələrini Almaniyaya gətirməsinə qadağa qoyulacaq.
Mertsin bəyanatı hakim koalisiya qurmaq üçün aparılan danışıqlardan əvvəl keçirilən ilkin məsləhətləşmələrin uğurla yekunlaşmasından sonra səsləndirilib. Məsləhətləşmələrdə Xristian-Sosial İttifaqının rəhbəri Markus Zöder və ASDP liderləri Zaskiya Esken və Lars Klinqbayl iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 Mart 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















