Icma.az
close
up
RU
Enerji əməkdaşlığının sülh və sabitlik təminatı

Enerji əməkdaşlığının sülh və sabitlik təminatı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu sahədə Bakı–İrəvan dialoqu regional əməkdaşlığın açarına çevrilir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycanın Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi çərçivəsində elektrik enerjisinin idxal və ixrac imkanlarından qarşılıqlı istifadə edə biləcəyini açıqlayıb.

Paşinyan bunu Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa getməzdən əvvəl – yanvarın 21-də parlamentdə keçirilən hökumət saatı zamanı bildirib. Deyib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri birmənalı şəkildə birləşdiriləcək. Onun sözlərinə görə, tərəflər həm ixrac, həm də idxal resurslarından bərabər şərtlərlə istifadə etmək imkanı əldə edəcəklər: “Bəli, birmənalı və qeyd-şərtsiz Ermənistan və Azərbaycanın enerji sistemləri bir-biri ilə birləşdiriləcək və ixrac və idxal imkanlarından eyni şərtlərlə qarşılıqlı şəkildə istifadə edəcəklər”.

N.Paşinyanın bu bəyanatı Ermənistanda ciddi rezonans doğurub. Radikal revanşist düşüncədə olan siyasətçilər hökumətin digər addımları kimi bunu da kəskin tənqid atəşinə tutublar. Məsələn, Milli Assambleyadakı “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan özünün “Facebook” hesabında “bir gün məsələ orduların birləşdirilməsinə qədər gedib çıxa bilərmi” sualını qoyub: “Baş nazir Paşinyan bir gün əvvəl Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdiriləcəyini bəyan edib. Bəlkə bir gün də deyəcək: gəlin, xərclərin optimallaşdırılması üçün Ermənistan və Azərbaycanın Silahlı Qüvvələrini birləşdirək? Axı, məntiq təxminən eynidir. Hörmətli vətəndaşlar, siz bizim enerji təchizatımızın açarını – “rubilnik”i Azərbaycana verməyə razısınızmı? Mən razı deyiləm”.

***

Ancaq müsbət haldır ki, Ermənistanda heç də hamı Mamicanyan kimi düşünmür. Məsələn, “ArmenianReport” saytında yerləşdirilmiş “Yeni dövrün reallıqları barədə açıq söhbət” sərlövhəli analitik yazıda bildirilir ki, N.Paşinyanın Ermənistan və Azərbaycanın enerji sistemlərinin mümkün birləşdirilməsi ilə bağlı bəyanatı son ayların ən göstərici siqnallarından birinə çevrilib. Qeyd edilir ki, söhbət sadəcə texniki və ya iqtisadi qərardan getmir – bu, Cənubi Qafqazın tədricən sülh mərhələsinə daxil olduğu, ağrılı, lakin qaçılmaz yenidən dərk prosesinin başlanmasını göstərən tamamilə yeni bir reallığın göstəricisidir: “Paşinyanın sözlərinə görə, İrəvan və Bakı elektrik enerjisinin idxalı və ixracı imkanlarından qarşılıqlı şəkildə istifadə edə biləcəklər. Bu açıqlama müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryanın TRIPP layihəsinin işə salınması ilə bağlı sualına cavab olaraq səsləndirilib və erməni KİV-lərində geniş yayılıb. Paralel olaraq baş nazir Ermənistanda dizel yanacağının qiymətinin təxminən 20 faiz aşağı düşdüyünü də qeyd edib. İlk baxışda bunlar bir-biri ilə əlaqəsiz hadisələr təsiri bağışlayır. Əslində isə bunlar eyni prosesin tərkib hissələridir – sülh dövrünün praqmatik iqtisadiyyatının formalaşdırılması. Bəli, Ermənistan və Azərbaycan sülhün institusionallaşdırılması istiqamətində diplomatik işi davam etdirirlər. Bu, elə bir formuldur ki, bir neçə il əvvəl səslənsəydi, kəskin etiraz və kapitulyasiya ittihamları ilə qarşılanardı. Amma bu, məcburi, eyni zamanda, rasional zərurətdir. Bəli, nə qədər narahat və psixoloji baxımdan ağır olsa da qarşımızda sülh dövrünün real üstünlükləri var. Başqa istənilən vəziyyətdə bunu regional əməkdaşlığın uğuru adlandırardılar. Burada bir həqiqəti etiraf etmək vacibdir: bu yolun alternativi yoxdur”.

Müəllif Qalust Qriqoryan yazır ki, möcüzə gözləntisi üzərində qurulan siyasət strategiya deyil, yeni fəlakətə aparan yoldur: “Bu kontekstdə iki ölkə rəhbərliyi arasında ünsiyyətin tonu da xüsusi diqqətə layiqdir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına səsləndirdiyi kompliment xarakterli, xüsusi vurğulanmış hörmət dolu fikirlər bir müddət əvvəl təsəvvürə belə gətirilə bilməzdi. Bu gün isə onlar yeni diplomatik normanın bir hissəsinə çevrilir. Bu, zəiflik jesti və ya milli ləyaqətdən imtina deyil. Bu, emosiyaların hesablamaya tabe olduğu real siyasətin dilidir. Müasir dünyada məhz bu cür üslub energetikadan tutmuş logistika və ticarətə qədər konkret razılaşmaların qapısını açır. Və burada ABŞ-ın rolu da ayrıca müzakirə mövzusudur. Şərti olaraq “Tramp yolu” adlandırılan layihə artıq mücərrəd ideya deyil. Bu, İrəvanla Bakının bütün mümkün sahələrdə – infrastrukturdan energetikaya qədər – mövqelərinin yaxınlaşdırılmasını nəzərdə tutan daha geniş planın tərkib hissəsi olan real konsepsiyadır. ABŞ dondurulmuş münaqişələrdə maraqlı deyil. Ona idarəolunan, proqnozlaşdırılan, qlobal logistika və enerji zəncirlərinə inteqrasiya olunmuş region lazımdır. Ermənistan isə bu prosesdə ya iştirakçı ola bilərdi, ya da kənarda qalmalı idi”.

O da bildirilir ki, hazırkı kursun əleyhdarları “kapitulyasiya” və “xəyanət”dən danışmağı sevirlər: “Amma onlar çox nadir hallarda alternativi dürüst şəkildə səsləndirirlər. Alternativ yeni müharibədir. Ermənistanın hazır olmadığı bir müharibə. Nəticələri daha dağıdıcı ola biləcək müharibə. Və ən əsası, obyektiv olaraq Rusiyanın maraqlı olduğu bir müharibə. Moskva Cənubi Qafqazda təsirinin tədricən azalmasını narahatlıq və qıcıqla izləyir. Eskalasiya Rusiyaya regionu yenidən xaos, asılılıq və hərbi nəzarət zonasına qaytarmaq imkanı verə bilər. Baş verənləri reallıq kimi qəbul etmək hər şeyi təsdiqləmək və ya keçmişi unutmaq demək deyil. Bu, sağ qalmaq, inkişaf və gələcək naminə seçim etməkdir. Sülh dövrü nə hədiyyədir, nə də mükafat. Bu, alətdir. Və bu alətin üstünlüklərindən istifadə edib-etməməyimizdən asılıdır ki, Ermənistan 10-20 ildən sonra necə ölkə olacaq: əbədi incikliklə yaşayan ölkə, yoxsa ən ağır tarixi məğlubiyyətlərdən belə fayda çıxarmağı bacaran dövlət. Azərbaycanla enerji dialoqu bu yolun yalnız ilk addımlarından biridir. Amma faciədən rasional, yetkin siyasətə aparan yol məhz belə addımlarla başlayır. Tarix “ləğv et” düyməsi basmaq imkanı tanımır. O, yalnız ən pis ssenarini təkrar etməmək şansını tanıyır”.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, N.Paşinyanın məlum açıqlaması ilk növbədə texniki deyil, siyasi-təhlükəsizlik xarakterli mesajdır. Onun sözlərinə görə, bu bəyanat regionda uzun illər davam etmiş qarşıdurma məntiqindən tədricən uzaqlaşma cəhdinin göstəricisi kimi qiymətləndirilməlidir: “Burada əsas məsələ enerji deyil, qarşılıqlı asılılıq üzərində qurulan yeni münasibətlər modelidir. Enerji sistemlərinin birləşdirilməsi tərəflər arasında birbaşa kommunikasiya kanallarının formalaşmasını tələb edir. Bu isə avtomatik olaraq risklərin idarə olunması, qarşılıqlı etimadın mövcudluğu və təhlükəsizlik sahəsində koordinasiyanın vacibliyi deməkdir. Başqa sözlə, belə addımlar hərbi eskalasiya məntiqi ilə uyğun gəlmir və sülh gündəliyini möhkəmləndirən mexanizm rolunu oynayır”.

Ekspert qeyd etdi ki, Cənubi Qafqaz üçün bu yanaşma yeni deyil, lakin ilk dəfədir ki, nəzəri çərçivəni aşaraq praktik müstəvidə reallaşa bilər: “Ermənistan–Azərbaycan münasibətlərində enerji infrastrukturu üzərindən qurulan əməkdaşlıq eskalasiya ehtimalını azaldan çəkindirici faktora çevrilir. Çünki birgə işləyən sistemlər fonunda silahlı toqquşma hər iki tərəf üçün strateji baxımdan məntiqsiz olur. Bu kontekstdə TRIPP layihəsi regional təhlükəsizlik arxitekturasının tərkib hissəsi kimi çıxış edir. Layihə yalnız İrəvanla Bakı arasında deyil, bütövlükdə regionda yeni davranış modelini təşviq edir”.

R.Məmmədova onu da bildirdi ki, Paşinyanın “birmənalı və qeyd-şərtsiz” ifadəsi isə daxili auditoriya üçün nə qədər mübahisəli səslənsə də, xarici aktorlar üçün aydın siqnaldır: “Ermənistan sülh prosesində geri dönüşü olmayan mərhələyə qədəm qoyub. Bu yolun alternativi yenidən təhlükəsizlik boşluğu və regional qeyri-sabitlikdir. Mövcud reallıqlarda isə bu, nə Ermənistanın, nə də regionun maraqlarına cavab verir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri