Almaniyalı nümayəndə: COP29da inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı tədbirlər görməyə şərait yarada bilərik AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 21 noyabr, AZƏRTAC
“Biz karbon emissiyalarının azaldılması və ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətinin artırılması üzrə qlobal layihələrdə iştirak edirik. Hazırda qlobal miqyasda iqlim dəyişikliyinin artan təsirlərini görürük”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyanın İqlim Konsaltinq şirkətinin təmsilçisi Dietram Oppelt söyləyib. O bildirib ki, Almaniya da iqlim dəyişikliyinin, ekstremal hava hadisələrinin mənfi nəticələrini yaşayır: “Buna görə də biz sürətlə yeni işlər görməliyik. Emissiyaları əvvəlkindən daha tez azaltmalıyıq. İnanıram ki, COP29-da biz bir fərq yarada və daha çox məqsədə doğru addımlaya bilərik. Eyni zamanda, daha çox inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı tədbirlər görməyə şərait yarada bilərik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















