Icma.az
close
up
RU
Almaniyanın gələcək kanslerindən ittiham: “Bu, Zelenskiyə qarşı planlı təxribat idi”

Almaniyanın gələcək kanslerindən ittiham: “Bu, Zelenskiyə qarşı planlı təxribat idi”

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Fridrix Merz: “Bu cür ritorika ABŞ-ın yeni Donald Tramp administrasiyasının ümumi davranış xəttinə uyğun gəlir”

Almaniyanın gələcək kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş verən qalmaqalın ABŞ rəhbərliyi tərəfindən əvvəlcədən təşkil edildiyini bildirib. “Məncə, Oval kabinetdəki bu görüş Zelenskinin sözlərinə kortəbii reaksiya deyil, açıq-aydın, təxribat xarakterli idi”, - alman siyasətçi bildirib. Merz görüşün videosuna bir neçə dəfə baxdığını və "söhbətin tonundan təəccübləndiyini" deyib. Onun fikrincə, bütün bunlar “heç bir fayda gətirmədi”.

Eyni zamanda Merz əlavə edib ki, bu cür ritorika ABŞ-ın yeni Donald Tramp administrasiyasının ümumi davranış xəttinə uyğun gəlir: “Son bir neçə həftə ərzində baş verən silsilə hadisələrdə, o cümlədən Münhen Təhlükəsizlik Konfransında Amerika nümayəndə heyətinin iştirakı ilə Vaşinqtonda gördüklərimizdə müəyyən bir davamlılıq var”.

Zelenski ilə Tramp arasında mübahisə fevralın 28-də Ağ Evdə, məşhur Oval kabinetdə jurnalistlərin gözləri qarşısında baş verib. Müharibənin diplomatik yolla həllinə nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putinə qarşı ritorikanı yumşaltmaqda israr etməyə başlayan ABŞ-ın vitse-prezidenti J.D.Vensin bəyanatı ilə başlayıb. Zelenski Rusiya Prezidenti ilə yaxşı münasibətlərin əleyhinə çıxış edərək, onun əvvəllər əldə olunmuş razılaşmaları dəfələrlə pozduğunu və bunun insanların ölümünə səbəb olduğunu xatırladıb. Buna cavab olaraq Tramp və Vens Zelenskini müharibəni davam etdirmək istəməkdə və Amerika tərəfinə hörmətsizlikdə ittiham edərək tənqid ediblər. Nəticədə görüş mübahisəyə çevrilib və Ukrayna Prezidenti Vaşinqtona gəldiyi mədən yanacaqlarına dair müqaviləni imzalamadan Ağ Evi erkən tərk edib.

Bundan sonra bir çox Qərb mediası Zelenskiyə qarşı təxribatdan yazıb. “New York Times”ın köşə yazarı və üçqat Pulitzer mükafatı laureatı Tomas Fridman bunun "açıqca planlaşdırılmış pusqu" olduğunu söyləyib. “Financial Times”ın redaktor məqaləsində isə deyilir ki, “Zelenski alçaldılmaq üçün tələyə salınıb”. Amerikanın ən qədim jurnallarından biri olan “The Atlantic”in analitiki və ABŞ Hərbi Dəniz Müharibəsi Kollecinin fəxri professoru Tom Nikols Vensi qalmaqalı təşkil etməkdə günahlandıraraq qeyd edib ki, o, “ulduzunun dəstəyə ehtiyacı olanda və məhv edilməli olan rəqib olduqda oyuna çıxan tok-şou moderatoru rolunu oynayıb”. Nəşr vitse-prezidenti “ciddi məqamlarda öz əhəmiyyətini göstərməyə çalışan etibarsız adam” kimi xarakterizə edib.

Trampı Polşanın keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valesa da tənqid edib və o, ABŞ Prezidentinə məktub göndərib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinizi dəhşət və ikrah hissi ilə izlədik. Biz Ukraynanın ABŞ-ın Rusiyaya qarşı mübarizədə ona göstərdiyi maddi dəstəyə görə minnətdarlığını bildirməsi ilə bağlı gözləntinizi təhqiramiz hesab edirik. Azad dünyanın dəyərlərini müdafiə etmək üçün qanlarını tökən qəhrəman Ukrayna əsgərlərinə təşəkkür edirəm”.

Bununla belə, Ağ Ev Zelenskidən ictimaiyyətin üzr istəməsini gözləyir. ABŞ dövlət katibi Marko Rubio bu çağırışı açıq şəkildə edib və qeyd edib ki, Ukrayna Prezidenti “diplomatiyanın işləmədiyi barədə mühazirə etməməli idi”. Zelenski özü isə deyib ki, Kiyev və Vaşinqton arasında münasibətləri xilas etmək olar, lakin o, “pis bir şey etdiyinə” şübhə ilə yanaşır və “bağışlanası hərəkət” etmədiyini bildirir. Dövlət başçısı həmçinin ABŞ-la resurs sazişi imzalamağa və müharibənin diplomatik yolla həllinə keçməyə hazır olduğunu təsdiqləyib, lakin açıq şəkildə bildirib ki, o, sonuncu məqamı yalnız Amerikanın Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı nəzərdən keçirir.

Öz növbəsində Tramp bildirib ki, o, müharibəni başa çatdırmaq istəyini açıq şəkildə bildirməyənə qədər Zelenski ilə dialoqu bərpa etmək niyyətində deyil: “O, “mən barışmaq istəyirəm” deməli, sadəcə “Putin belə, Putin elə” deməməlidir”. “Mən daha döyüşmək istəmirəm, insanlar ölür” deməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri