Almaniyanın yeni kanslerindən ilk açıqlama
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyada keçirilən parlament seçkilərində qələbə qazanmış Xristian Demokrat İttifaqının lideri, gələcək kansler Fridrix Merts rəhbərlik etdiyi hökumətin xarici siyasət kursunu elan edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Merts bu siyasəti “ABŞ-dan müstəqillik kursu” adlandırıb.
“Tədricən Birləşmiş Ştatlardan həqiqi müstəqilliyə nail olmaq üçün Avropanı mümkün qədər tez gücləndirmək mənim üçün mütləq prioritet olacaq. Donald Trampın ötən həftə verdiyi açıqlamalardan sonra məlum olur ki, amerikalılar, amerikalıların bu hissəsi, bu hökumət Avropanın taleyinə böyük ölçüdə biganədir!” - deyə Almaniya hökumətinin yeni rəhbəri bəyan edib.
Qeyd edək ki, Fridrix Merts Almaniyada yeni hökumətin 20 aprelə qədər formalaşdırılacağını bəyan edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















