Almaniyanın “Rheinmetall” şirkəti F 35 təyyarələrinin gövdə hissələrini istehsal edəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Berlin, 2 iyul, AZƏRTAC
Almaniyanın “Rheinmetall” müdafiə sənayesi konserni ABŞ-ın F-35 tipli döyüş təyyarələrinin əsas gövdə hissələrinin istehsalı üçün yeni zavod inşa edib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, dünyanın ən müasir hərbi təyyarəsi hesab edilən F-35-lərin gövdə hissələrinin istehsalına yaxın günlərdə başlanacaq. Zavodun inşasına 200 milyon avro vəsait ayrılıb.
Yeni müəssisədə hər il təxminən 30 ədəd orta gövdə hissənin istehsalı nəzərdə tutulur. Gələcəkdə əlavə iş növbələri hesabına bu sayın artırılması da mümkündür. İstehsal olunan hissələr ABŞ-ın “Northrop Grumman” şirkətinə göndəriləcək. İlk gövdə hissəsinin 2026-cı ilin payızında ABŞ-a göndərilməsi və orada digər komponentlərlə birlikdə yekun montajın aparılması planlaşdırılır. “Rheinmetall” konserni 17–20 il ərzində 400 ədəd gövdə hissəsinin istehsalını nəzərdə tutan çərçivə razılaşması imzalayıb.
Almaniya Silahlı Qüvvələri – Bundesver 35 ədəd F-35 təyyarəsi sifariş edib. Bu təyyarələr ordunun istismarda olan “Tornado” tipli köhnə döyüş təyyarələrini əvəz edəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 İyul 2025 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















