Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində bələdiyyə seçkilərində gözlənilməz nəticələr qeydə alınıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Berlin, 29 sentyabr, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində keçirilən bələdiyyə seçkilərinin ikinci turunda gözlənilməz nəticələr qeydə alınıb.
AZƏRTAC WDR-ə istinadla bildirir ki, təxminən 150 bələdiyyə sədri, böyük şəhər meri və əyalət şurası seçkilərində ən gözlənilməz nəticə Sosial Demokratlar Partiyasının (SPD) 1946-cı ildən sonra ilk dəfə Dortmund şəhər meri vəzifəsi uğrunda mübarizədə uduzması olub. Səksən ilə yaxın müddətdə SPD-nin alınmaz qalası sayılan şəhər meri vəzifəsinə Xristian Demokratlar İttifaqının (CDU) namizədi Aleksander Kalout seçilib. O, səslərin 52,9 faizini, SPD-dən olan hazırkı mer Tomas Vestfal isə 47,1 faizini toplayıb. Düsseldorf, Leverkuzen, Essen, Bilefeld, Bonn, Aaxen kimi əsas şəhərlərinin meri vəzifələrinə seçkilərdə də CDU-nun namizədləri birinci olublar.
Dortmunda uduzmasına baxmayaraq, SPD Köln şəhərindəki seçkilərdə qalib gəlib. Münster şəhərində isə Yaşıllar Partiyasının nümayəndəsi birinci olub. Gözlənilənin əksinə olaraq, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası uğur qazana bilməyib. AfD-nin Hagens, Duysburq və Gelsenkirxen şəhərləri üzrə seçkilərdə uğur qazanacağı ehtimal edilirdisə də, Hagensdə CDU, digər iki şəhərdə isə SPD qalib gəlib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Sentyabr 2025 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















