Almaniyanın Brandenburq əyalətində koalisiya hökuməti fəaliyyətini dayandırıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Almaniyanın Brandenburq əyalətində Sosial Demokrat Partiyası (SPD) ilə Sahra Vaqenknext İttifaqı (BSW) arasında qurulmuş koalisiya hökuməti fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin Baş naziri Ditmar Voydke Potsdamda keçirdiyi mətbuat konfransında məlumat verib.
O, koalisiyanın davam etməsi üçün zəruri siyasi əsasın artıq mövcud olmadığını bildirib. Koalisiya BSW-dən olan üç deputatın əyalət parlamentindən ayrılmasından sonra çoxluğunu itirib. Baş nazirin sözlərinə görə, bir ildən artıq fəaliyyət dövründə bir sıra vacib qərarlar, o cümlədən dayanıqlı əyalət büdcəsi qəbul edilsə də, əməkdaşlıq BSW daxilindəki daimi daxili çəkişmələr səbəbindən çətinləşib.
“BSW artıq koalisiyaya aydın və açıq şəkildə sadiqlik nümayiş etdirmirdi”, - deyə D.Voydke vurğulayıb.
Baş nazir Brandenburq əyalətinin idarə olunması üçün imkanların qorunduğunu və hazırkı nazirlərin hələlik vəzifələrində qalacaqlarını qeyd edib.
Brandenburqdakı SPD-BSW koalisiyası Almaniyada bu iki siyasi qüvvə arasında yeganə hökumət əməkdaşlığı idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Yanvar 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















