Almaniyanın xarici işlər naziri Suriyaya ultimatum verdi Yeni Çağ Media
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Barbok Almaniyanın Suriyaya dəstəyini ölkənin yeni hakimiyyət orqanlarının qadın hüquqları ilə necə məşğul olacağı ilə əlaqələndirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
“Əgər Suriyada qadınlar təhlükəsiz deyilsə, o zaman milyonlarla yaxşı təhsil almış kişi və qadın ölkəni bərpa etmək üçün heç vaxt vətənlərinə qayıtmayacaqlar”, – məşr nazirdən sitat gətirib.
Barbok qeyd edib ki, Suriyaya səfəri zamanı o, ölkənin yeni hökumətinə qadınların hüquqlarının boğulacağı təqdirdə Suriyanın Avropa İttifaqından maliyyə dəstəyi almayacağını açıq şəkildə bildirib.
Xatırladaq ki, Almaniya XİN rəhbəri yanvarın 3-də Suriyaya səfər etmişdi.
www.yenicag.az
Baxış sayı:89
Mənbə:https://yenicag.az
ölkənin yeni
almaniya xarici
almaniya xi
almaniyanın suriyaya
almayacağını açıq
almış kişi
annalena barbok
avropa ttifaqından
açıq şəkildə
barbok almaniyanın
boğulacağı təqdirdə
die welt
dəstəyi almayacağını