“Kəpəz” “Qarabağ” oyununa 500 bilet qalıb
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kəpəz” futbol həvəskarlarının, KİV nümayəndələrinin marağını nəzərə alaraq, noyabrın 22-də Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyuna biletlərin satışı ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, bu həftəsonu Gəncə Şəhər Stadionunda gerçəkləşəcək qarşılaşma üçün “Qarabağ” klubuna qonaq komandanın istəyinə uyğun olaraq, 976 bilet ayrılıb.
Satışın ilk dəqiqələrindən etibarən fəallıq nümayiş etdirən azarkeşlər qısa vaxt ərzində bütün biletləri, o cümlədən “Qarabağ”a ayrılan kvotanı da əldə ediblər.
Ehtiyatda qalan son sektor – W-6-nın biletləri bu gün satışa buraxılıb. Günün sonuna olan məlumata əsasən, satışda cəmi 500 bilet qalıb.
“Kəpəz” – “Qarabağ” matçını W-6 sektorunda izləmək istəyənlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarında ala bilərlər. Kassa sabah saat 9-dan 18-dək işləyəcək.
Xankəndidə tarixi gün – Yenilənmiş stadionda ilk rəsmi oyun keçirilir - FOTO Millimizin heyəti açıqlanıb AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB II Liqad XIII turun oyun cədvəli açıqlanıb “Qarabağ” Qazaxıstan klubu ilə bacarmadı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Noyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















