Almaniyaya məxsus gəmi Odessa yaxınlığında vuruldu
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya şirkətinə məxsus yük gəmisi Qara dənizdə Odessa yaxınlığında dron hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət Liberiya bayrağı altında üzən və qərargahı Hamburqda yerləşən Almaniyanın “Johann M. K. Blumenthal GmbH & Co. KG” şirkətinə məxsus “Emil” gəmisindən gedir. Gəminin Odessadan təxminən 21 dəniz mili (təqribən 39 km) məsafədə hücuma məruz qaldığı qeyd olunub.
Hücum nəticəsində gəmidə yanğın baş verib və bəzi texniki sistemlər sıradan çıxıb, nəticədə gəmi manevr etmək qabiliyyətini itirib. Gəminin 11 nəfərlik ekipajı təxliyə edilib, heç kim xəsarət almayıb.
Bununla belə, ekipaj üzvləri təhlükəsiz yerə çatdırılarkən, yük gəmisi yenidən hücuma məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında hücum faktını təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Avqust 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















