Icma.az
close
up
RU
Almanların əksəriyyəti Silahlı Qüvvələrin gücləndirilməsini və Avropanın dayanıqlılığının artırılmasını istəyir

Almanların əksəriyyəti Silahlı Qüvvələrin gücləndirilməsini və Avropanın dayanıqlılığının artırılmasını istəyir

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 10 sentyabr, AZƏRTAC

Almaniyanın NATO və Avropa İttifaqında (Aİ) hərbi liderlik roluna ictimai dəstək ötən illə müqayisədə artıb və indiyədək görünməmiş səviyyəyə çatıb. Rusiya təhlükəsi və ABŞ-a etimadın azalması fonunda almanların əksəriyyəti təkcə Almaniya Silahlı Qüvvələrinin - Bundesverin gücləndirilməsini deyil, həm də Avropanın daha dayanıqlı olmasının vacibliyini ifadə edib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu, Bundesverin Hərbi Tarix və Sosial Elmlər Mərkəzinin əhali arasında apardığı illik sorğunun nəticələrində əksini tapıb.

Sorğunun nəticələrinə əsasən, almanların üçdə ikisi artıq Rusiyanı birbaşa təhlükə kimi görür. Bu narahatlıq bütün siyasi spektrdə, o cümlədən AfD və Sol Partiyanın tərəfdarları arasında da müşahidə edilib. Eyni zamanda, ABŞ-a etimadın kəskin şəkildə azaldığı müəyyən edilib. Belə ki, respondentlərin cəmi 37 faizi ABŞ-ı etibarlı tərəfdaş hesab etdiyini bildirib. Respondentlərin əksəriyyəti NATO-ya sadiqliyini ifadə edib.

Geosiyasi qeyri-müəyyənlik fonunda əhalinin böyük əksəriyyəti Bundesverin gücləndirilməsi siyasətini dəstəklədiyini bildirib. Respondentlərin 64 faizi müdafiə xərclərinin, 65 faizi isə şəxsi heyətin artırılmasını dəstəkləyib. Sorğuya qatılanların 80 faizdən çoxu Bundesverə müsbət yanaşma ifadə edib, 50 yaşadək kişilərin yarıdan çoxu fövqəladə vəziyyətdə ölkəni silahla müdafiə etməyə hazır olduğunu bildirib. Yeni hərbi xidmətin tətbiqi ideyası bütün yaş qruplarında geniş dəstək tapıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti vahid Avropa təhlükəsizlik və müdafiə siyasətini, Avropa silahlanma layihələrinə maliyyə dəstəyini, Aİ-nin müstəqil təhlükəsizlik və müdafiə aktoru kimi çıxış etməsini, eləcə də vahid Avropa ordusunun yaradılmasını dəstəkləyib. Almaniyanın Aİ daxilində hərbi liderlik rolu ideyasını dəstəkləyənlərin sayı əvvəlki sorğularla müqayisədə əhəmiyyətli dərəcədə artaraq 44 faizə çatıb.

Bundesverin Hərbi Tarix və Sosial Elmlər Mərkəzinin 1996-cı ildən etibarən keçirilən illik sorğusu ordu ilə cəmiyyət arasındakı münasibətləri təhlil etmək məqsədilə aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri