Icma.az
close
up
RU
Alparslan Bayraktar: Ölkələrimiz arasındakı yeni layihələr qardaşlığımızı daha da möhkəmləndirən yeni fürsətlər yaradır

Alparslan Bayraktar: Ölkələrimiz arasındakı yeni layihələr qardaşlığımızı daha da möhkəmləndirən yeni fürsətlər yaradır

Azertag saytına istinadən Icma.az xəbər verir.

İzmir, 4 sentyabr, Günel Karatepe, AZƏRTAC

Bu gün Türkiyə və Azərbaycan arasında keçirilən IV Enerji Forumunun ölkələrimiz arasındakı əməkdaşlıq imkanlarını daha da şaxələndirəcəyinə, yeni üfüqlər açacağına inanıram.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İzmirdə keçirilən IV Türkiyə-Azərbaycan Enerji Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Ötən forumların səmərəliliyinə diqqət çəkən nazir deyib ki, bugünkü görüşdə də müəyyənləşdirilən yeni hədəflər istiqamətində irəliləməyə, strateji tərəfdaşlığı daha yüksək mərhələlərə qaldırmağa qərarlı olduqlarını bildirib.

“Ölkələrimiz arasında həyata keçirdiyimiz və nəzərdə tutduğumuz layihələr hər dəfə qardaşlığımızı daha da möhkəmləndirən yeni fürsətlər yaradır, dostluğumuzu bir daha təsdiqləyir. Müxtəlif sahələrdə gerçəkləşdirdiyimiz bu əməkdaşlıqlar forum çərçivəsində yaradılan işçi qruplarımız tərəfindən yaxından izlənilir və təşkilatlanmış şəkildə mütəmadi olaraq müzakirə olunur. Bu çərçivədə neft, təbii qaz, bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik bazarı tənzimləmələri, elektrik ötürülməsi və paylanması, habelə mədənçilik sahələrində işçi qruplarımızın həyata keçirdiyi fəaliyyətlərdən məmnunluq duyur, enerji əməkdaşlığımızın inkişafına töhfə verən bu işləri yüksək qiymətləndirir və bütün komanda yoldaşlarımızı təbrik edirik”, - deyə türkiyəli nazir vurğulayıb.

Bayraktar bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı yalnız mədəni və siyasi sahələrdə deyil, iqtisadi və strateji sahələrdə də dərinləşib, tarix boyu sarsılmadan davam edib.

“Bir millət, iki dövlət” anlayışı xüsusilə enerji sektorunda həyata keçirilən böyük layihələrlə ən konkret şəkildə öz əksini tapmaqdadır. Enerji ölkələrimizin inkişafının və rifahının ən əsas təkanverici qüvvələrindən biridir. Türkiyə və Azərbaycan malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda, regional və qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verir. Neft və təbii qaz sahələrində indiyə qədər həyata keçirilən layihələr ortaq baxışımızın düzgün və nəticəyönümlü olduğunu göstərir. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları ilə təməli qoyulan əməkdaşlığımız bu il imzaladığımız “Şəfəq-Asiman” layihəsi ilə yeni bir mərhələyə keçib. “Qarabağ”, “D-230” və “Dostluq” yataqlarında əməkdaşlığımızı gücləndirmək də əsas hədəflərimiz arasındadır”, - deyə nazir bildirib.

Qeyd edilib ki, ötən il mayın 14-də imzalanan Təbii Qaz Sahəsinə dair Əməkdaşlıq Sazişi də bu çərçivədə xüsusi əhəmiyyət kəsb edir. Bu saziş ölkələrimizin enerji təhlükəsizliyini gücləndirəcək və regional əməkdaşlığımızı daha da möhkəmləndirəcək. Bununla yanaşı, Azərbaycanın Türkiyəyə təbii qaz ixracının artırılması istiqamətində işlərin sürətlə irəliləməsini arzulayırıq. Digər tərəfdən Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu il martın 5-də açılışını etdiyimiz İğdır–Naxçıvan Təbii Qaz Boru Kəməri Naxçıvanın təchizat təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı bağları daha da gücləndirir.

“Eyni zamanda ötən ayın 2-də istifadəyə verilən Türkiyə–Suriya Təbii Qaz Boru Kəməri yalnız enerji axınını deyil, bölgəmizdə sülh və rifahı da dəstəkləyən strateji bir addım oldu. Türkiyə və Azərbaycan sahib olduqları güclü infrastruktur və köklü əlaqələrlə, həm regional enerji təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmağa davam edəcəklər”, - deyə A.Bayraktar sözlərinə əlavə edib.

Enerji gündəminin yalnız neft və təbii qazla məhdudlaşmadığını vurğulayan Bayraktar bildirib ki, Türkiyə ilə Naxçıvan bölgəsini bir-birinə bağlayacaq elektrik xətti layihəsinə xüsusi əhəmiyyət verilir: “Layihənin tamamlanması ilə Naxçıvanın təchizat təhlükəsizliyi təmin olunacaq və ölkələrimiz arasında elektrik ticarəti yeni mərhələyə yüksələcək. Bundan əlavə, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən Yaşıl Enerji Dəhlizi layihəsi də əməkdaşlığımızın güclü göstəricisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri