“Alphabet” cari ildə süni intellektə 185 milyard dollar sərmayə yatıracaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 fevral, AZƏRTAC
“Google” axtarış sisteminin sahibi “Alphabet” korporasiyası süni intellekt sahəsində investisiyalarını artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, şirkət cari ildə süni intellekt layihələrinə, əsasən də məlumat mərkəzlərinə 175–185 milyard dollar həcmində vəsait ayıracaq. Ötən il bu göstərici 91 milyard dollar təşkil edib.
“Google” süni intellekt sahəsində “OpenAI” və “Meta” ilə rəqabət aparır. Artıq şirkətin “Gemini” süni intellekt xidmətindən ayda 750 milyon insan istifadə edir.
Yüksək investisiya planları çip istehsalçılarına da müsbət təsir göstərib, “Nvidia” və “Broadcom” səhmlərində artım qeydə alınıb. “Alphabet” korporasiyasının əsas maliyyə mənbəyi isə süni intellekt sahəsində reklam biznesidir. 2025-ci ilin son rübündə reklam gəlirləri 82,3 milyard dollara, ümumi mənfəət isə təxminən 34,5 milyard dollara çatıb.
Ekspertlər “Google”nin axtarış sistemində süni intellekt əsaslı xülasələrin artmasının reklam gəlirlərinə mümkün təsirini diqqətlə izləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Fevral 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















