Altı legioner gəlib, yeddinci yoldadı!
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Premyer-liqada çempionluğu “Sabah”a “təhvil verən” “Qarabağ” gələn mövsümə fərqli hazırlaşır. Avropa Liqasında əsas mərhələyə yüksəlmək istəyən komandada ötən il Çempionlar Liqasında uğur qazanan futbolçuların sayı azalmaqdadı. Amma “köhlən atlar” artıq 6 yeni transferini də açıqlayıb. Onların hamısı legionerdi.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “Qarabağ” daha bir futbolçunu heyətinə qatmağa yaxındı. Söhbət Bentse Varkonyidən gedir. Macarıstanın “Zalaeqerseq” klubunda çıxış edən 24 yaşlı mərkəz müdafiəçisinin keçidi yaxın günlərdə baş tuta bilər. Son mövsümdə 30 matçda forma geyən Bentse 1 məhsuldar ötürmə müəllifi olub. Macarıstanlı müdafiəçinin “Zalaeqerseq”lə müqaviləsinin müddəti 20266/27 mövsümünün sonunda bitəcək. “Transfermarkt” saytında futbolçunun dəyəri 500 min avro göstərilib. “Qarabağ”ın isə bu transferə görə 1 milyon avrodan keçəcəyi iddia olunur.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasında ilk oyunu iyulun 9-da keçirəcək.
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 01 İyul 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















