Banan yemək üçün ən uyğun vaxt hansıdır?
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az Foodinfo.az saytına istinadən xəbər verir ki, bananı səhər, yoxsa axşam yeməyin daha faydalı olması ilə bağlı ciddi vaxt məhdudiyyəti yoxdur. Bununla belə, mütəxəssislər onu acqarına qəbul etməməyi tövsiyə edirlər. Bananı əsas yeməkdən təxminən 30–60 dəqiqə sonra yemək, yaxud nahar və şam yeməyindən bir saat əvvəl qəbul etmək mümkündür.
Fiziki aktivliklə məşğul olanlar üçün banan məşqdən sonra da yaxşı seçim hesab olunur. Meyvənin tərkibindəki karbohidratlar enerji ehtiyatlarının bərpasına, kalium isə əzələlərin normal fəaliyyətinə dəstək verir. Xüsusilə məşqdən sonra qəbul edildikdə bərpa prosesinə kömək edə bilər.
Bananın kalorili meyvə olduğunu da nəzərə almaq lazımdır. Çəkisinə nəzarət edənlər gündəlik qida rasionunda onun miqdarını ümumi kalori ehtiyaclarına uyğunlaşdırmalıdırlar. Əsas məsələ bananı günün hansı saatında yeməkdən çox, balanslı qidalanma və porsiya ölçüsüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Noyabr 2026 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















