Aptekə girəndə 80 90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp artan populyarlığı ilə bağlı zarafat edib.
Sportal.az xəbər verir ki, Klopp Almaniya millisinin “Adidas” brendi ilə vida mərasimində bunları qeyd edib:
“Azarkeş kütləm genişlənib. Aptekə girəndə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar. Onların məni tanıdığını düşünməzdim. Hiss edirəm və bilirəm ki, vacib bir iş görürəm. Bizdən gözlənilən nəticəyə nail olmağa çalışırıq – heç bir komandanın qarşılaşmaq istəməyəcəyi bir kollektiv formalaşdırmaq istəyirik. Artıq düzgün istiqamətdə irəlilədiyimizi hiss edirəm.
Heç bir təzyiq hiss etmirəm. 59 ildir özümü tanıyıram və həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Edə biləcəyim tək şey budur. Özümə heç bir şübhəm yoxdur”.
saytlarin hazirlanmasi
Baxış sayı:84
Bu xəbər 12 Noyabr 2026 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















