Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

“Altın Kelebek” mükafatçısı:“Nadir Qafarzadə kimdir? Onu tanımıram, heç tanımaq da istəmirəm” QALMAQAL

“Altın Kelebek” mükafatçısı:“Nadir Qafarzadə kimdir? Onu tanımıram, heç tanımaq da istəmirəm” QALMAQAL

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Budəfəki “Altın Kelebek” də ölkəmizdə söz-söhbətsiz, qalmaqalsız ötüşmədi. Belə ki, müğənni Nadir Qafarzadə “Altın Kelebek” mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları – aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadəni tənqid atəşinə tutub. Sosial şəbəkədə paylaşım edən sənətçi həmin mükafatların pulla alındığını iddia edərək, sənətçilərin ünvanına tənqidlər yağdırıb.

Maraqlıdır, həqiqətənmi bu mükafatlar onlara pul qarşılığında verilib?

Mövzu ilə bağlı Medianews.az adları çəkilən mükafatçılardan münasibət öyrənib. 

Müğənni Rilaya Hüseynzadə həmkarı Nadir Qafarzadənin iddialarına cavab verməzdən öncə onu sosial şəbəkələrdə tənqid edən izləyicilərdən danışıb.

Qeyd edib ki, Türkiyədə onu hörmətlə qarşılayıb, ifa etdiyi mahnı seviblər: “Başa düşə bilmirəm ki, məni niyə sosial şəbəkələrdə tənqid edirlər? Yazırlar ki, guya düzgün danışmamışam. Mən bütün cümlələri, hətta şəkilçiləri belə düzgün ifadə etdim. Sadəcə olaraq bir az həyəcanlı idim. Orada mənim üçün heç bir biabırçı vəziyyət yox idi. Mahnımı da ifa etdim, nitqimi də söylədim. Heç kim mahnım haqqında yazmadı. Bu mahnını əsər adlandırmaq olar. Mahnını rus qızı yazıb. Azərbaycanlılar bizi əslində müdafiə etməli idilər. Siz təsəvvür etməzsiniz ki, Türkiyədə məni necə qarşılayıb, mahnımı seviblər. Mən oraya danışmağa yox, mahnımı təqdim etməyə getmişdim. Danışığım sadə deyildi, mürəkkəb idi. Çox təəssüf ki, insanlar bəsit cümlələrdən savayı nitqlərini belə sanballı cümlələrlə zənginləşdirmirlər. Onlara qəribə gəldi”.

R.Hüseynzadə metis olduğunu, anasının azərbaycanlı, atasının isə rus və ukraynalı qanı daşıdığını diqqətə çatdırıb: “Türklərin öz aktrisası var, Məryəm Üzərli! O, bütün dünyada məşhurdur. Onun da danışığı, nitqi zəifdir. Halbuki görün nə qədər adam sevir onu. Bizim insanlarımız çox kobuddurlar. O ki, qaldı mükafatın pulla alınmasına, Nadir Qafarzadə kimdir? Onu tanımıram, heç tanımaq da istəmirəm. Haradasa görmüşəm. Mən ümumiyyətlə bu sahədən uzaq biriyəm. Həmkarlarımla danışmıram, sıx ünsiyyət saxlamıram. İki övladım var, başım onlara qarışıb. Nadir Qafarzadənin iddialarına cavab olaraq bildirirəm ki, mən mükafat üçün ümumiyyətlə pul verməmişəm. Mənə deyəndə ki, sizi də seçmişik, inanın ki, təəccübləndim. Öz-özümə dedim ki, görəsən nəyə görə mən? Sonra izah etdilər ki, iki il ərzində sən çox işləmisən. Mənim kliplərim, vətənpərvər mahnılarım var. Nə etməli idim? Deməli idim ki, yox mən getmək istəmirəm?! (gülür). Əslində bütün bu söz-söhbətlər də bizim təbliğimizdir”.

Aktrisa Dəniz Tacəddinin mövzuya münasibəti belə olub: “Çox sağ olun ki, zəng etmisiniz. Amma əfsuslar olsun ki, bu mövzuda olan qalmaqallarla bağlı heç bir söz danışmaq istəmirəm”.

Teleaparıcı Fəridə Abdulla ümumiyyətlə telefon zənglərimizə cavab verməyib.

Tanınmış müğənni Elnarə Xəlilova isə söyləyib ki, mükafatın pulla alınıb satılması normal haldır: “Dünyaca məşhur, transmilli şirkətlər, holdinqlər reklama ehtiyacları olmadıqları halda belə, illik reklam büdcələrinə milyonlar ayırırlar. Ulduzlar da həmçinin. Bu həmişə belə olub. Baxış sayları, şərhlər belə, pulla alınır. Mükafatlar niyə alınmasın ki? Söhbət konkret “Altın Kələbək”dən gedirsə, yalan deyərəm, çünki yanlarında olmamışam. Ancaq alınıbsa da bacarana can qurban. Puluna minnət. Allah təki bizim azərbaycanlılara hər zaman pul yetirsin ki, arzuladığımız, istədiyimiz hər şeyi ala bilək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri