Icma.az
close
up
RU
“Altın Kelebek” mükafatçısı: Onu tanımaq istəmirəm” Mükafatlanmada rüşvət qalmaqalı böyüyür

“Altın Kelebek” mükafatçısı: Onu tanımaq istəmirəm” Mükafatlanmada rüşvət qalmaqalı böyüyür

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budəfəki “Altın Kelebek” də ölkəmizdə söz-söhbətsiz, qalmaqalsız ötüşmədi. Belə ki, müğənni Nadir Qafarzadə “Altın Kelebek” mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları – aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadəni tənqid atəşinə tutub.

Sosial şəbəkədə paylaşım edən sənətçi həmin mükafatların pulla alındığını iddia edərək, sənətçilərin ünvanına tənqidlər yağdırıb.

Maraqlıdır, həqiqətənmi bu mükafatlar onlara pul qarşılığında verilib?

Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı Medianews.az adları çəkilən mükafatçılardan münasibət öyrənib. 

Müğənni Rilaya Hüseynzadə niyə  tənqid olunmaısn anlamadığını deyib: "Yazırlar ki, guya düzgün danışmamışam. Mən bütün cümlələri, hətta şəkilçiləri belə düzgün ifadə etdim. Sadəcə olaraq bir az həyəcanlı idim. Orada mənim üçün heç bir biabırçı vəziyyət yox idi. Mahnımı da ifa etdim, nitqimi də söylədim. Heç kim mahnım haqqında yazmadı. Bu mahnını əsər adlandırmaq olar. Mahnını rus qızı yazıb. Azərbaycanlılar bizi əslində müdafiə etməli idilər. Siz təsəvvür etməzsiniz ki, Türkiyədə məni necə qarşılayıb, mahnımı seviblər. Mən oraya danışmağa yox, mahnımı təqdim etməyə getmişdim. Danışığım sadə deyildi, mürəkkəb idi. Çox təəssüf ki, insanlar bəsit cümlələrdən savayı nitqlərini belə sanballı cümlələrlə zənginləşdirmirlər. Onlara qəribə gəldi.

... O ki qaldı mükafatın pulla alınmasına, Nadir Qafarzadə kimdir? Onu tanımıram, heç tanımaq da istəmirəm. Haradasa görmüşəm. Mən ümumiyyətlə bu sahədən uzaq biriyəm. Həmkarlarımla danışmıram, sıx ünsiyyət saxlamıram. İki övladım var, başım onlara qarışıb. Nadir Qafarzadənin iddialarına cavab olaraq bildirirəm ki, mən mükafat üçün ümumiyyətlə pul verməmişəm. Mənə deyəndə ki, sizi də seçmişik, inanın ki, təəccübləndim. Öz-özümə dedim ki, görəsən nəyə görə mən? Sonra izah etdilər ki, iki il ərzində sən çox işləmisən. Mənim kliplərim, vətənpərvər mahnılarım var. Nə etməli idim? Deməli idim ki, yox mən getmək istəmirəm?! (gülür). Əslində bütün bu söz-söhbətlər də bizim təbliğimizdir”.

Aktrisa Dəniz Tacəddinin mövzuya münasibəti belə olub: “Çox sağ olun ki, zəng etmisiniz. Amma əfsuslar olsun ki, bu mövzuda olan qalmaqallarla bağlı heç bir söz danışmaq istəmirəm”.

Teleaparıcı Fəridə Abdulla ümumiyyətlə telefon zənglərimizə cavab verməyib.

Tanınmış müğənni Elnarə Xəlilova isə söyləyib ki, mükafatın pulla alınıb satılması normal haldır: “Dünyaca məşhur, transmilli şirkətlər, holdinqlər reklama ehtiyacları olmadıqları halda belə, illik reklam büdcələrinə milyonlar ayırırlar. Ulduzlar da həmçinin. Bu həmişə belə olub. Baxış sayları, şərhlər belə, pulla alınır. Mükafatlar niyə alınmasın ki? Söhbət konkret “Altın Kələbək”dən gedirsə, yalan deyərəm, çünki yanlarında olmamışam. Ancaq alınıbsa da, bacarana can qurban. Puluna minnət. Allah təki bizim azərbaycanlılara hər zaman pul yetirsin ki, arzuladığımız, istədiyimiz hər şeyi ala bilək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri