Icma.az
close
up
RU
Altsheymer xəstəliyindən beyni qorumağın sadə yolu açıqlanıb

Altsheymer xəstəliyindən beyni qorumağın sadə yolu açıqlanıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 sentyabr, AZƏRTAC

Harvard universitetinin alimləri müəyyən ediblər ki, litium beyni Altsheymer xəstəliyindən qorumaqda mühüm rol oynaya bilər. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Altsheymer xəstəliyi beyində zəhərli zülalların - yapışqan lövhəciklər əmələ gətirən beta-amiloid və neyronların daxilində dolaşıqlar yaradan tau zülalının - yığılması nəticəsində yaranır. Onlar birlikdə hüceyrələrarası əlaqələri pozur və yaddaş itkisinə səbəb olur. Tədqiqatçılar aşkar ediblər ki, yüngül idrak pozuntuları, daha sonra isə Altsheymer xəstəliyi olan insanlarda beyindəki litium səviyyəsi xeyli azalır. Bundan başqa, onun əhəmiyyətli hissəsi amiloid lövhəciklərində “bağlanmış” vəziyyətdə qalır və hüceyrələr üçün əlçatmaz olur.

Müəlliflər xəstəliyin müxtəlif mərhələlərində vəfat etmiş insanların beyin toxumalarını öyrənib və siçanlar üzərində təcrübələr aparıblar. Litium qəbulu iki dəfə azaldılmış heyvanlarda amiloid və tau daha sürətlə yığılır, iltihab güclənir və neyron əlaqələri dağılırdı. Altsheymerə meylli siçanlar yaddaş testlərindən daha pis nəticələr göstərirdilər.

Əsas mexanizm ferment GSK3β oldu, belə ki, normalda litium bu fermenti zəiflədir, lakin onun çatışmazlığında ferment tau ilə bağlı patoloji dəyişiklikləri “sürətləndirir”.

Heyvanlar litium orotat adlı birləşmə ilə müalicə ediləndə (bu maddə amiloid lövhəciklərində ilişib qalmır) dağıdıcı proseslər zəifləyir, iltihab azalır, yaddaş isə yaxşılaşırdı.

Litium kiçik miqdarda həmişə orqanizmdə mövcuddur və o, qida və su ilə qəbul edilir. İndi isə o, idrak sağlamlığının “təbii qoruyucusu” kimi qiymətləndirilir. Litium itkisi Altsheymerə aparan ən erkən mərhələlərdən biri ola bilər.

Mövcud müalicə üsullarından fərqli olaraq, yalnız amiloid və ya taunun aradan qaldırılmasına yönəlməyən, litiumun bərpasına əsaslanan yanaşma beynin öz müdafiə mexanizmlərini gücləndirir. Litium duzları tibdə uzun müddətdir istifadə olunduğundan, bu üsul nisbətən sadə və əlçatan hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri