Icma.az
close
up
RU
Sadə qan testi Altsheymer diaqnozunda inqilab edə bilər

Sadə qan testi Altsheymer diaqnozunda inqilab edə bilər

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sadə qan testi Altsheymer diaqnozunda inqilab edə bilər

Dünyada milyonlarla insana təsir edən Altsheymer xəstəliyinin diaqnozunda sadə qan testinin invaziv və bahalı prosedurları əvəz edə biləcəyini araşdırmaq üçün əlamətdar sınaq başlayıb.

Euronews.com xəbər verir ki, tədqiqat prosesi London Universitet Kollecinin (Böyük Britaniya) alimləri tərəfindən aparılır. Artıq ölkədəki yaddaş klinikalarına xəstələr qəbul edilir.

Sınaq zamanı qanda p-tau217 zülalının səviyyəsinin ölçülməsinin Altsheymerin erkən və etibarlı diaqnozunu təmin edə biləcəyi yoxlanılacaq. Bu, xəstələrə və həkimlərə xəstəliyin müalicəsi ilə bağlı daha sürətli və daha məlumatlı qərarlar qəbul etməyə kömək edərdi.

Hal-hazırda, bahalı və əldə etmək çətin olan Altsheymer diaqnozunu təsdiqləmək üçün adətən beyin taraması və ya bel ponksiyonundan istifadə olunur.

“Alzheimer's Research UK”-ə görə, hazırda Altsheymer diaqnozu qoyulan insanların yalnız 2% -i xəstənin qiymətləndirilməsinin "qızıl standartı" hesab edilən bu testlərdən birinə malikdir.

“Alzheimer's Research UK”ın baş həkimi, professor Conatan Şott, "Onilliklər ərzində apardığımız araşdırmalardan sonra, indi güclü elmi dəlillərlə dəstəklənən və PET skanları və bel ponksiyonları kimi digər "qızıl standart" diaqnostik testlərlə müqayisə edilə bilən məlumat verən, lakin daha əlçatan və daha ucuz olan Altsheymer üçün qan testimiz var,"- deyib.

Sınaqda Milli Səhiyyə Xidmətinin 20 mərkəzində 1100 nəfər iştirak edəcək. İştirakçıların yarısı qan analizi nəticələrini üç ay, digər yarısı isə bir il sonra alacaq. Sonra tədqiqatçılar nəticələrin erkən əldə olunmasının diaqnozu sürətləndirib-sürətləndirmədiyini, kliniki qərarların qəbuluna təsir edib-etmədiyini və ya xəstələrin həyat keyfiyyətinə təsir edib-etmədiyini müəyyən edəcəklər.

Bir çox ailələr üçün diaqnoz üçün daha sürətli marşrut perspektivi ümid verir. Həyat yoldaşı Ketrinin qayğısına qalan Maykl Uayt, diaqnoz üçün iki il yarımlıq bir səyahət olduğunu söylədi. "Belə bir qan testi bizə əvvəldən diaqnoz qoymağa kömək edərdi və həyatımızda əsl dəyişiklik edərdi," -deyə o bildirib.

Tədqiqat, Altsheymer Xəstəliyi ilə Mübarizə Cəmiyyəti, “Alzheimer's Research UK” və “People’s Postcode Lottery” lotereya iştirakçıları tərəfindən maliyyələşdirilən, bir neçə milyon dollarlıq “Blood Biomarker Challenge " proqramının bir hissəsidir.

Sınaq uğurlu olarsa, bu, qan testlərinin NHS-də demensiya xəstələrinin müalicəsinin standart hissəsinə çevrilməsinə yol aça bilər.

Sınaqlar uğurlu olarsa, bu, qan testlərinin Milli Səhiyyə Xidməti (NHS) çərçivəsində demensiyanın aşkarlanması və müalicəsi protokollarının standart hissəsinə çevrilməsinə yol aça bilər.

“Alzheimer's Disease International”-a görə, hər il 10 milyondan çox yeni demans hadisəsi baş verir ki, bu da hər 3,2 saniyədə bir yeni hala bərabərdir.

2020-ci ildə dünyada demensiya ilə yaşayan 55 milyondan çox insan var idi. Bu rəqəmin hər 20 ildən bir təxminən iki dəfə artaraq 2030-cu ildə 78 milyona, 2050-ci ildə isə 139 milyona çatacağı gözlənilir.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri