Alzheimer və Parkinsondan qorunmağın yolu… KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyini müəyyənləşdiriblər.
KONKRET.az xəbər verir ki, ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri fiziki aktivliyin beyin sağlamlığına necə təsir etdiyini araşdırıblar. “Nature Neuroscience” jurnalında dərc olunan tədqiqat siçanlar və kompüter modelləri üzərində aparılıb.
Məlum olub ki, qarın əzələləri yığıldıqda onurğa beyni və beyinlə əlaqəli qan damarlarına təzyiq artır. Bu proses kəllə daxilində beynin çox kiçik hərəkətinə səbəb olur.
Alimlərin fikrincə, həmin hərəkət beyin-omurilik mayesinin dövranını gücləndirə bilər. Bu maye beyində yaranan maddələr mübadiləsi tullantılarının xaric edilməsində mühüm rol oynayır.
Tədqiqatçılar siçanların beynindəki dəyişiklikləri iki fotonlu mikroskopiya və mikrokompüter tomoqrafiyası vasitəsilə izləyiblər. Qarın boşluğuna nəzarətli təzyiq tətbiq edildikdə belə beynin yerinin dəyişdiyi müşahidə olunub.
Alimlər bu prosesi kompüter modeli ilə də araşdırıblar. Onlar beyni süngərə bənzədiblər: necə ki, süngəri sıxıb su ilə yuduqda içindəki çirk çıxır, beynin hərəkəti də mayenin dövranına və tullantıların xaric edilməsinə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, bu mexanizmin insanlarda da eyni şəkildə işlədiyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, nəticələr adi fiziki aktivliyin beyin sağlamlığında mühüm rol oynaya biləcəyinə işarə edir.
Beyin-omurilik mayesi yalnız beyni zərbələrdən qorumaqla kifayətlənmir, həm də maddələr mübadiləsinin tullantılarının xaric edilməsində iştirak edir. Onun dövranının pozulmasının Alzheimer və Parkinson xəstəlikləri ilə əlaqəli ola biləcəyi qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Avqust 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















