Icma.az
close
up
RU
Avtomobil lizinqi ilə məşğul olan şirkət kapitalını artır

Avtomobil lizinqi ilə məşğul olan şirkət kapitalını artır

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Azərbaycanda maliyyə icarəsi, lombard kreditləri və faktorinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını artırmaq məqsədilə yeni səhmlərin emissiyasını həyata keçirməyi planlaşdırır.

Marja.az şirkətin informasiya memorandumuna istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, sənədsiz, adlı səhmin kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Emissiyanın ümumi nominal həcmi 95 min manat təşkil edir. Yerləşdirmə uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 4 milyon 130 min manatdan 4 milyon 225 min manata yüksələcək. 

Səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsi planlaşdırılır. Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Şirkətin məlumatına görə, emissiyanın əsas məqsədi nizamnamə kapitalının artırılmasıdır. İnformasiya memorandumunda təklifdən əldə olunacaq xalis vəsaitin 92 min 352 manat 50 qəpik olacağı nəzərdə tutulub.

SƏHMLƏRİN YERLƏŞDİRİLMƏSİ NECƏ HƏYATA KEÇİRİLƏCƏK?

İnformasiya memorandumuna əsasən, səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Abunə yazılışı səhmlərin dövlət qeydiyyatına alınmasından 20 iş günü sonra başlayacaq və 10 iş günü davam edəcək. Abunə yazılışı başa çatdıqdan sonra səhmlərin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. Emissiyada iştirak edən investorlar qiymətli kağızlar bazarının müvafiq infrastrukturu vasitəsilə səhmlərə abunə yazıla biləcəklər.

“LEGION FINANCIAL”IN XALİS MƏNFƏƏTİ 35,9 FAİZ AZALIB

Şirkətin informasiya memorandumunda açıqlanan maliyyə göstəricilərinə əsasən, 2026-cı ilin ilk 6 ayında “Legion Financial” ASC-nin xalis mənfəəti 470 min 97 manat təşkil edib. 2025-ci ilin eyni dövründə şirkət 733 min 44 manat xalis mənfəət əldə etmişdi. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 262 min 947 manat və ya 35,9 faiz azalıb. Hesabat dövründə şirkətin faiz gəlirləri 2 milyon 264 min 685 manata yaxın olub. Bu, əvvəlki ilin müvafiq dövründəki 1 milyon 759 min 536 manatlıq göstəricidən təxminən 505 min 149 manat və ya 28,7 faiz çoxdur. 2026-cı ilin ilk yarısında şirkətin faiz xərcləri 1 milyon 84 min 741 manat, xalis faiz gəlirləri isə 1 milyon 179 min 944 manat təşkil edib. Şirkətin vergidən əvvəl mənfəəti 587 min 622 manat olub.

AKTİVLƏRİ 22,5 MİLYON MANATA YAXINLAŞIB

2026-cı il iyunun 30-na “Legion Financial” ASC-nin cəmi aktivləri 22 milyon 471 min 281 manat təşkil edib. 2025-ci ilin eyni tarixində aktivlər 19 milyon 67 min 603 manat idi. Beləliklə, bir il ərzində şirkətin aktivləri 3 milyon 403 min 678 manat və ya 17,9 faiz artıb.

ÖHDƏLİKLƏRİ VƏ KAPİTALI DA ARTIB

2026-cı il iyunun 30-na şirkətin cəmi öhdəlikləri 17 milyon 23 min 335 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 338 min 777 manat və ya 15,9 faiz çoxdur. Şirkətin cəmi kapitalı isə 4 milyon 383 min 44 manatdan 5 milyon 447 min 946 manata yüksəlib. Nəticədə kapital 1 milyon 64 min 902 manat və ya 24,3 faiz artıb.

MALİYYƏ LİZİNQİ PORTFELİ 12 MİLYON MANATI ÖTÜB

2026-cı il iyunun 30-na şirkətin maliyyə lizinqi üzrə debitor borcları 12 milyon 93 min 71 manat təşkil edib. Bir il əvvəl bu göstərici 11 milyon 135 min 820 manat idi. Beləliklə, maliyyə lizinqi üzrə debitor borcları 957 min 251 manat və ya 8,6 faiz artıb.

“Legion Financial”ın əsas fəaliyyət istiqamətlərinə avtomobillərin maliyyə icarəsi, lombard kreditləri və faktorinq əməliyyatları daxildir. Şirkətin əsas lizinq məhsulu minik avtomobillərinin maliyyə icarəsinə verilməsidir.

ŞİRKƏT 2025-Cİ İLDƏ 1,36 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB

Memorandumda yer alan audit edilmiş maliyyə hesabatlarına əsasən, “Legion Financial” ASC 2025-ci ili 1 milyon 361 min 418 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 1 milyon 213 min 932 manat, 2023-cü ildə isə 616 min 332 manat təşkil edib. Şirkətin 2025-ci ilin sonuna aktivləri 20 milyon 671 min 451 manat, öhdəlikləri 15 milyon 806 min 559 manat, kapitalı isə 4 milyon 864 min 892 manat olub.

2025-Cİ İLDƏ SƏHMDARLARA 1,6 MİLYON MANATDAN ÇOX DİVİDEND ÖDƏNİLİB

İnformasiya memorandumunda qeyd olunur ki, “Legion Financial” ASC tərəfindən 2025-ci ildə səhmdarlara ümumilikdə 1 milyon 620 min 458 manat dividend ödənilib. 2024-cü ildə ödənilmiş dividendlərin məbləği 616 min 333 manat, 2023-cü ildə isə 299 min 215 manat təşkil edib. Şirkət 2026-cı ildə də maliyyə nəticələrini və sərbəst vəsaitlərinin həcmini nəzərə almaqla dividend ödənişlərini davam etdirməyi planlaşdırdığını bildirib.

ŞİRKƏTİN ƏSAS SƏHMDARLARI

Memorandumda açıqlanan məlumatlara görə, “Legion Financial” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payına malik səhmdarlar aşağıdakılardır:

- Turan İsmayılov – 37,53%;

- Ramin Süleymanlı – 32,69%;

- Böyükağa Məmmədov – 13,32%;

- Rövşən Soltanov – 10,17%.

Memorandumda emissiya nəticəsində mövcud səhmdarların iştirak paylarının dəyişə biləcəyi də göstərilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://marja.az
archiveBu xəbər 13 Noyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri