AMADA avarçəkənlər üçün seminar keçib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) noyabrın 14-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) avarçəkənlər üçün növbəti seminar təşkil edib.
AKAF-dan AZƏRTAC-a verilən məlumata görə, agentliyin mütəxəssisi idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat verib. Eyni zamanda, həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc avarçəkənlər maarifləndiriliblər.
İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















