AMADA Azərbaycan Atıcılıq Federasiyasının üzvləri üçün seminar keçirib
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Atıcılıq Federasiyasının (AAF) idmançıları və onların köməkçi heyəti üçün antidopinq seminarı keçirilib.
"Report" qurumum mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarın əsas məqsədi idmançılara, onların məşqçi və tibbi heyətinə antidopinq qaydaları, idmançıların hüquq və vəzifələr, dopinqə qarşı mübarizə strategiyaları barədə ətraflı məlumat vermək olub.
Tədbir zamanı iştirakçılara qadağan edilmiş maddələr və metodlar, test prosesləri, idmançının məsuliyyəti və nəticələrin idarə olunması barədə məlumat təqdim olunub. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya səhvən qadağan edilmiş maddələr qəbul edə bilirlər. Bu səbəbdən, hər bir idmançı istifadə etdiyi dərmanın tərkibini diqqətlə araşdırmalıdır.
Seminar interaktiv formatda keçirilib və iştirakçıların antidopinqlə bağlı sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 May 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















