Icma.az
close
up
RU
AMADA Azərbaycanı Londonda keçirilən workshopda təmsil edib

AMADA Azərbaycanı Londonda keçirilən workshopda təmsil edib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Londondakı Lafboro Universitetində keçirilən data analitikası üzrə "workshop"da ölkəmizi təmsil edib. AMADA-dan SİA-ya verilən məlumata görə, Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) və “Sport Integrity Australia” tərəfindən “AxiaOrigin” ilə əməkdaşlıq çərçivəsində təşkil edilən "workshop" qlobal antidopinq icmasının əsas tərəfdaşlarını bir araya gətirib.

Tədbirdə 16 antidopinq təşkilatının (ADO), Ümumdünya Antidopinq Agentliyinin (WADA), Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) və Beynəlxalq Test Agentliyinin (ITA) nümayəndələri iştirak ediblər. AMADA-nın nümayəndə heyətində icraçı direktorun müavini Rüfət Efendiyev və Təhsil məsələləri üzrə aparıcı mütəxəssis Qüdrət Səfərov yer alıblar. İki gün davam edən intensiv müzakirələr zamanı data analitikası və süni intellektdən istifadə edərək qlobal antidopinq səylərinin təkmilləşdirilməsi imkanları araşdırılıb.

R.Efendiyev tədbirin əməkdaşlıq sessiyalarında mühüm rol oynayaraq, süni intellektin idarəetmə çərçivələri, birgə tətbiq halları və strateji məlumat əsaslı həllər mövzularında müzakirələrə töhfə verib. Onun fəal iştirakı AMADA-nın beynəlxalq tərəfdaşlığı möhkəmləndirmək və antidopinq sahəsində innovativ yanaşmaları dəstəkləmək öhdəliyini bir daha nümayiş etdirib.

Q.Səfərov isə “ADO-lar üçün süni intellekt” mövzusunda panel müzakirəsində çıxış edərək, AMADA-nın süni intellektin antidopinq səylərinə inteqrasiyası və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslərini vurğulayıb. O, təqdimatında təmiz idman məqsədlərinə nail olmaq üçün süni intellektin praktiki tətbiqi üzrə dəyərli məlumatları diqqətə çatdırıb.

"Workshop" data etikası, süni intellekt üzrə əməkdaşlıq üçün maneələr və imkanlar, həmçinin antidopinq ehtiyaclarına uyğun idarəetmə çərçivələrinin hazırlanması mövzularını əhatə edib. İştirakçılar müzakirələrin dəqiq nəticələrə çevrilməsini təmin etmək məqsədilə interaktiv qrup fəaliyyətlərində fəal iştirak ediblər.

Tədbirdə WADA, iNADO, ITA və dünyanın müxtəlif ölkələrindən olan ADO-ların iştirakı dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. “AxiaOrigin”in data analitikası üzrə dəstəyi sayəsində workshop antidopinq icması üçün innovativ strategiya və həllərin hazırlanması istiqamətində mühüm platforma rolunu oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri