Xəstəxanaya yerləşdirilən Vensan Kompaninin səhhəti ilə bağlı yeni xəbər
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhətində müsbət irəliləyiş müşahidə olunur. Ötən həftə məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilən belçikalı mütəxəssisin müalicəsi davam edir.
İdman.Biz Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Münhen klubunun köməkçi məşqçisi Aaron Denks Almaniya Kubokunda “Maqdeburq”la oyundan əvvəl keçirilən mətbuat konfransında danışıb.
Denks bazar ertəsi xəstəxanada Kompanini ziyarət etdiyini bildirib:
“Dünən Vensana qısa müddətlik baş çəkdim. Əhvali-ruhiyyəsi yaxşıdır. Görünür, vəziyyəti hər gün daha da yaxşılaşır. Bu, çox müsbət haldır. Hələlik dəqiq diaqnoz və onun işə qayıdışı ilə bağlı yeni məlumat yoxdur. O, sakitdir və sağalması üçün ona kifayət qədər vaxt verilir”.
Köməkçi məşqçi görüş zamanı futbolla bağlı məsələləri müzakirə etmədiklərini də söyləyib:
“Yaxşı söhbətimiz oldu, amma futbol və taktika barədə danışmadıq. Bizim və futbolçuların necə olduğunu soruşdu. Bu, sadəcə iki dostun söhbəti idi. Onu görmək xoş idi”.
Xatırladaq ki, 40 yaşlı Kompani oktyabrın 23-də “Bavariya”nın əvəzedici komandasının məşqini izləyərkən huşunu itirib. Bundan əvvəl virus infeksiyası keçirən mütəxəssis xəstəxanaya aparılıb.
Onun bir neçə həftə komandanın başında olmayacağı gözlənilir. Bu müddətdə “Bavariya”nı Aaron Denks və digər köməkçi məşqçilər idarə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Oktyabr 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















