Icma.az
close
up
RU
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında ilk qastrol səfəri reallaşıb.

Naxçıvan Dövlət Milli Dram Teatrından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qastrol çərçivəsində Naxçıvan teatrının kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü ərəfəsində təşkil olunan tədbirdə sənətseverlərə və qonaqlara ilk olaraq Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyinin dahi ədibin zəngin irsini, həyat və yaradıcılığını əks etdirən virtual sərgisi təqdim olunub. Virtual sərgidən sonra Naxçıvan teatrı paytaxt tamaşaçılarına Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

Səhnə əsərinin nümayişindən öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Naxçıvan teatrının zəngin ənənələrə malik köklü bir sənət məbədi olduğunu vurğulayıb. O, teatrın keçdiyi şərəfli inkişaf yolundan və milli teatr sənətindəki müstəsna mövqeyindən söz açıb, eyni zamanda, müasir tələblərə cavab verən səhnə əsərlərinin təqdim olunmasını təqdirəlayıq hal kimi qiymətləndirərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tamaşaçılara təqdim olunan səhnə işinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova, musiqi rəhbəri isə Hüseyn Nağıyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında Hüseyn Nağıyevin rəhbərliyi ilə üç fərqli və müasir versiyada hazırlanaraq təqdim edilib. Səhnə əsərində Xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış ediblər.

Təntənəli gecənin yekununda hər iki teatrın rəhbərliyi bir-birinə qarşılıqlı uğurlar arzulayaraq bu əməkdaşlığın gələcək birgə layihələr üçün möhkəm təməl olduğunu bildiriblər. Sənət ocaqları arasında dostluq və həmrəylik rəmzi olaraq xatirə hədiyyələri təqdim olunub.

Müxbir - Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri