Icma.az
close
up
RU
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA nın 69 cu iclasında iştirak edib

AMADA nümayəndə heyəti Strasburqda CAHAMA nın 69 cu iclasında iştirak edib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Strasburq şəhərində Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 69-cu iclasında iştirak edib.

Bu barədə 525.az-a AMADA-dan məlumat verilib.

İki gün davam edən toplantının gündəliyində CAHAMA-nın 68-ci iclasının hesabatının təsdiqi, növbəti görüşlərin tarixlərinin müəyyənləşdirilməsi, Katiblikdən yeniliklər və WADA-nın qarşıdakı İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq məsələləri yer alıb.

Toplantı çərçivəsində Avropa dövlətlərinin nümayəndələri qlobal antidopinq gündəliyində yer alan vacib mövzuları müzakirə edib, WADA-nın qərarqəbuletmə prosesində vahid Avropa mövqeyinin formalaşdırılması üzrə ilkin müzakirələr aparıblar. CAHAMA-nın əlaqəli ekspert qrupları çıxış edərək, WADA komitələrinin gündəliyinə daxil olan məsələlərlə bağlı təqdimatlar ediblər. Açıq sessiyada WADA nümayəndələri ilə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və qurumun prioritet istiqamətləri barədə məlumatlar verilib.

İclasda AMADA-nın İcraçı direktorunun müavini Rüfət Efendiyev Gender Bərabərliyi üzrə Məruzəçi qismində çıxış edərək antidopinq siyasətində gender aspektlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Xüsusi mandatlı qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulan ölkələrin WADA qarşısında vahid mövqeyini hazırlayan əsas mexanizmdir. Region ölkələrinin koordinasiyalı iştirakı ədalətli, şəffaf və səmərəli qlobal antidopinq sisteminin formalaşmasına mühüm töhfə verir.

AMADA nümayəndə heyətinin iclasda iştirakı Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa və Avropa ailəsində fəal dialoqa sadiqliyini bir daha təsdiq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri