Icma.az
close
up
RU
AMADA rəsmisi dünya konfransında Azərbaycanın təmiz idman sahəsindəki nailiyyətlərindən danışıb

AMADA rəsmisi dünya konfransında Azərbaycanın təmiz idman sahəsindəki nailiyyətlərindən danışıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə dünya konfransında Azərbaycanın təmiz idman sahəsindəki nailiyyətlərindən danışıb.

Bu barədə SİA-ya AMADA-dan məlumat verilib.

Koreyanın Busan şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı baş tutub. Tədbirdə T.Tağı-zadə və AMADA-nın Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı iştirak ediblər.

191 ölkədən 2 minədək iştirakçının qatıldığı konfrans idman hərəkatının, hökumətlərin, milli və regional antidopinq təşkilatlarının və laboratoriyaların nümayəndələrini, həmçinin tədqiqatçıları bir araya toplayıb. İştirakçılar 2019-cu ildə Polşanın Katovitse şəhərində keçirilən dünya konfransından sonra əldə edilmiş tərəqqi və gücləndirilmiş qlobal antidopinq proqramının irəliləməsini qiymətləndiriblər.

Konfransda "Yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqinə dəstək" adlı plenar sessiyada çıxış edən T.Tağı-zadə gələn il ölkəmizdə keçiriləcək WADA-nın Avropa üzrə ilk Regional Simpoziumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın təmiz idman sahəsində əldə etdiyi nailiyyətlərdən, paytaxt Bakının mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. İştirakçıları Bakıda keçiriləcək Regional Simpoziuma dəvət edən T.Tağı-zadə tədbirin beynəlxalq antidopinq sistemində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tənzimləmələrin daha effektiv tətbiqi baxımından mühüm platforma rolunu oynayacağını bildirib. O, həmçinin qeyd edib ki, Simpozium müvafiq qurumlar arasında qarşılıqlı etimadı artıracaq, region ölkələrinin dopinqlə mübarizə potensialının inkişafına töhfə verəcək və qlobal antidopinq ekosistemində Azərbaycanın fəal tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.

Konfrans 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların WADA-nın idarəetmə orqanları olan Təsisçilər Şurası və İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməsi ilə yekunlaşıb. Təmiz idmanın vacibliyini vurğulayan və antidopinqlə bağlı bütün maraqlı tərəfləri effektiv əməkdaşlığa və idmançıları dəstəkləməyə çağıran "Busan bəyannaməsi" də qəbul edilib.

Yeni qaydalar Qadağan edilmiş maddələrin siyahısını, Terapevtik istifadə üçün istisnaları, dopinq nəzarəti prosedurlarını, nəticələrin emalını və məlumatların qorunması kimi sahələri əhatə edəcək. Yeni Ümumdünya Antidopinq Məcəlləsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2033-cü ilədək qüvvədə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri