Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Rusiya cəbhədə süni intellektə bel bağlayır

Rusiya cəbhədə süni intellektə bel bağlayır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusu üstün hərbi gücünə baxmayaraq, Ukraynada hələ də istədiyi nəticəni əldə etməyin effektiv yolunu tapa bilməyib.

Reyting.az “Forbes” nəşrinə istinadla bildirir ki, bunun əsas səbəblərindən biri Rusiyanın komandanlıq və nəzarət üzrə hərbi doktrinası, eləcə də bir çox kiçik zabitin təcrübəsizliyidir. Bu amillər cəbhə xəttində zabitlərin fərdi döyüşlərdə qələbə qazanmaq üçün vacib olan taktiki qərarları müstəqil şəkildə qəbul etməsini çətinləşdirir.

Rusiya bu problemin həlli kimi süni intellekt əsaslı “Svod” sisteminin cəbhədə tətbiqini planlaşdırır. Sistem cəbhə komandirlərinə əsas taktiki qərarların qəbulunda kömək etmək üçün nəzərdə tutulub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Svod” peyk məlumatları, hava görüntüləri, kəşfiyyat hesabatları və açıq mənbələr də daxil olmaqla müxtəlif kəşfiyyat kanallarından əldə olunan məlumatları toplayaraq vahid informasiya məkanında birləşdirəcək. Daha sonra bu məlumatlar süni intellekt də daxil olmaqla qabaqcıl emal üsulları ilə təhlil ediləcək, potensial əməliyyat ssenariləri modelləşdiriləcək və komandirlərə qərarvermə prosesində tövsiyələr təqdim olunacaq.

Qeyd olunur ki, Rusiya hərbi rəhbərliyi “Svod” sistemini qərar qəbuletmə dövrlərini sürətləndirmək və cəbhə komandirlərini optimal hərəkət istiqamətinə yönəltmək üçün mühüm vasitə kimi qiymətləndirir.

“Svod” sisteminin texniki xüsusiyyətləri açıqlanmasa da, onun ayrıca hazırlanmış fiziki cihazdan daha çox, mövcud hərbi platformalar şəbəkəsi daxilində işləyən proqram təminatına əsaslanan bir sistem olduğu ehtimal edilir. Sistem faktiki olaraq məlumat axınlarını və qərar dəstəyi alətlərini birləşdirən rəqəmsal arxitekturadır və bu məlumatlar taktiki səviyyədə istifadə olunan kompüter və planşetlər vasitəsilə komandirlərə ötürülür.

“Forbes” yazır ki, sistemin əməliyyat sınaqları 2025-ci ilin dekabrında başa çatıb. Rusiya qoşunlarının “Svod”u 2026-cı ilin aprelindən etibarən qəbul etməyə başlaması və sentyabr ayınadək silahlı qüvvələrin bütün qollarında tətbiq olunması gözlənilir. Sistemi ilk tətbiq edən bölmələr hazırda Pokrovsk istiqamətində hücum əməliyyatlarında iştirak edən 2-ci və 41-ci Birləşmiş Silahlı Orduların batalyonları olacaq.

Nəşr vurğulayır ki, bu zaman cədvəli “Svod”un uzunmüddətli modernləşmə layihəsindən daha çox, komandanlıq və idarəetmədəki boşluqları aradan qaldırmaq üçün təcili tədbir kimi hazırlandığını göstərir.

“Forbes” həmçinin qeyd edir ki, süni intellekt əsaslı qərar dəstəyi sistemləri adətən sərt və proqnozlaşdırıla bilən doktrinaya malik düşmənlərə qarşı daha effektiv olur. Ukraynanın müharibəyə yanaşması isə davamlı uyğunlaşma, sürətli taktiki öyrənmə və yeni texnologiyaların çevik tətbiqi ilə xarakterizə olunur.

Bu dinamika Ukrayna qüvvələrinin davranışını dəqiq modelləşdirməyi çətinləşdirir və nəticədə “Svod” sisteminin döyüş meydanını təhlil etmək və effektiv əməli tövsiyələr vermək imkanlarını məhdudlaşdıra bilər.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see324

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see316

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see310

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see309

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see286

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see272

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see269

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see266

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see259

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see256

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see253

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see241

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see235

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see230

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see229

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see219

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see209

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri