Icma.az
close
up
RU
Azərbaycanın qlobal iqtisadi sistemdə öz yerini necə görmək istədiyini aydın şəkildə ortaya qoyur İqtisadçı

Azərbaycanın qlobal iqtisadi sistemdə öz yerini necə görmək istədiyini aydın şəkildə ortaya qoyur İqtisadçı

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

«Dünya İqtisadi Forumu (Davos Forumu) qlobal iqtisadi və siyasi proseslərin istiqamətləndirildiyi ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Dövlət və hökumət başçıları, aparıcı maliyyə institutları, transmilli şirkətlərin rəhbərləri və investorlar üçün Davos yalnız müzakirə meydanı deyil, həm də qlobal iqtisadi trendlərin formalaşdırıldığı strateji mərkəzdir. Bu baxımdan Prezident İlham Əliyevin Davos Forumunda səsləndirdiyi mesajlar Azərbaycanın iqtisadi inkişaf modelinin transformasiyasını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Davos Forumunda verilən bəyanatlar beynəlxalq bazarlar və investorlar tərəfindən diqqətlə izlənilir. Burada səsləndirilən prioritetlər ölkələrin orta və uzunmüddətli iqtisadi strategiyasının açıq göstəricisi kimi qəbul olunur. Xüsusilə enerji keçidi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələlərinin qlobal gündəmin mərkəzində olduğu bir dövrdə Azərbaycanın bu platformada aktiv iştirakı ölkənin yeni iqtisadi mərhələyə keçidini təsdiqləyən mühüm amildir”.

İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a söyləyib. O bildirib ki, uzun illər enerji resursları ixracatçısı kimi tanınan Azərbaycan artıq resurs-asılı inkişaf modelindən mərhələli şəkildə uzaqlaşaraq dayanıqlı və çoxşaxəli iqtisadi struktur formalaşdırmağı hədəfləyir. Bu yanaşma həm makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, həm də xarici şoklara davamlılığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ekspertin dediyinə görə, artıq iki iri bərpaolunan enerji elektrik stansiyasının istismara verilməsi Azərbaycanın enerji sektorunda real transformasiyanın başlandığını göstərir. Növbəti 6 il ərzində günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması planı isə bu prosesin davamlı xarakter daşıdığını sübut edir:

“Məlumata görə, 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə ümumilikdə 8 giqavat gücün əldə edilməsi gözlənilir. Bu rəqəm təkcə texniki hədəf deyil, həm də ölkənin enerji balansında struktur dəyişikliyinin göstəricisidir. Azərbaycanın yüksək günəş və külək potensialı bu istiqamətdə geniş imkanlar yaradır və artıq bir sıra layihələr üzrə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması bunu təsdiqləyir: “Prezident İlham Əliyevin Davos Forumundakı çıxışı Azərbaycanın qlobal iqtisadi sistemdə öz yerini necə görmək istədiyini aydın şəkildə ortaya qoyur. Azərbaycan tədricən: enerji ixracatçısı modelindən enerji keçidi aktoruna, resurs əsaslı iqtisadiyyatdan dayanıqlı inkişaf modelinə, regional oyunçudan qlobal gündəmlə uzlaşan strateji tərəfdaşa çevrilmə yolunu seçir. Bu baxımdan Davos Forumunda səsləndirilən fikirlər yalnız siyasi-diplomatik mesaj deyil, eyni zamanda beynəlxalq investorlar və tərəfdaşlar üçün uzunmüddətli iqtisadi siqnal xarakteri daşıyır. Azərbaycanın bərpaolunan enerji və iqtisadi şaxələndirmə strategiyası ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas sütunlardan birinə çevrilir”.

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Yanvar 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri