Amasiyada evlərini axtardılar... Ermənistanı qarışdıran azərbaycanlılar kimlərdir?
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
İki azərbaycanlının Ermənistanda sərbəst gəzməsi, Şirak bölgəsinə, Gümrüyə, daha sonra Amasiyaya getməsi və videoçəkiliş aparması ermənilər arasında təşviş dolu müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, videoçəkiliş aparan azərbaycanlılar əslən Amasiyadan olduqlarını, burada babalarının evlərinin olduğunu bildirirlər. Qeyd ediblər ki, tezliklə öz yurdlarına qayıdacaqlar. Onlar Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın nəslindəndir.
Azərbaycanlılar Amasiyada erməni patrullarla da söhbət edir. Yerli sakinlər azərbaycanlıları gördüklərini, lakin onların kim olduğunu bilmədiklərini deyir. Şahidlərin sözlərinə görə, azərbaycanlılar bir neçə gün kəndləri gəzib, yeyib-içiblər.
“Hraparak” nəşri iddia edir ki, heç bir patrul, yaxud digər hüquq-mühafizə orqanları azərbaycanlıların kimliyini müəyyən etmək və ya səfərlərinin məqsədini aydınlaşdırmaqla bağlı heç bir tədbir görməyib.
Erməni sakinlər nəşrə danışaraq iddia ediblər ki, azərbaycanlılar tezliklə dədə-baba yurdlarına qayıdacaqlarını bildiriblər.
Ermənistan Daxili İşlər nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin məsələ ilə bağlı açıqlama verməməsi də ermənilər arasında əsas müzakirə mövzularından biridir.
Amasiya meri Cemma Harutyunyan isə bildirib ki, Milli Təhlükəsizlik Xidməti hər şeyi nəzarət altında saxlayır.
“İki azərbaycanlı Rusiya vətəndaşıdır, onların avtomobillərində Rusiya nömrə nişanları olub. Buna görə də polis Rusiya vətəndaşına qarşı heç bir tədbir görməyib. Həmin azərbaycanlılar sakinlərlə söhbət etməyib, sadəcə əraziyə baxıb, foto çəkib və gediblər. Həmin azərbaycanlılar Gümrüdə də olublar, restorana gediblər, sonra Amasiyaya gəliblər”, - Amasiyanın meri qeyd edib.
Azərbaycanlıların Ermənistana səfəri əslində öz dədə-baba yurdlarına baş çəkməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 20 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















